Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:59

«Biz bir ildir məscidimizin açılmasını gözləyirik»


«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman
«Əbu Bəkr» məscidinin dindarları prezident və parlamentə müraciət hazırlayır. Bu barədə AzadlıqRadiosuna həmin məscidin imamı Qamət Süleyman məlumat verib:

«Düz bir ildir məscidimizin açılmasını gözləyirik. Əvvəl dedilər ki, istintaqdan sonra açacağıq, ancaq hələ də açılmayıb. Qarşıdan orucluq gəlir. Bu, bizə ən böyük bayram hədiyyəsi olardı».

Qamət Süleyman deyir ki, «Əbu Bəkr» məscidinin hələ də bağlı saxlanmasının səbəbləri onlara aydın deyil:

«Əslində ötən il məsciddə partlayış törədənlər bizim dövlətə qarşı çıxmamağımızdan narazı qalan insanlar idi. Bu başa düşülən deyil. Həm biz dövlətə qarşı çıxmadığımıza görə hədələnirik, həm də məscidimiz bağlanır».

Qamət Süleyman din sahədə son vaxtlar baş verən bir sıra məsələlərdən də narahatlığını bildirib:
«Artıq bəzi rayonlarda saqqal saxlamaq qadağan edilib. Bu ölkə konstitusiyası ilə də, vicdan azadlığı ilə də ziddiyyət yaradır. Bu hər bir dindarın öz seçimidir və ona hörmət edilməlidir».

«Əbu Bəkir» məscidi ötən il avqustun 17-də baş verən terror hadisəsindən sonra bağlanıb. Həmin gün məscidə atılan əl qumbarasının partlaması nəticəsində 2 nəfər ölüb, 19 nəfər də yaralanmışdı. Yaralananlardan biri də məscidin imamı Qamət Süleyman oldu.

Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu hadisəni törətməkdə günahlandırılan «Meşə qardaşları» dəstəsinin üzvlərinin məhkəmə prosesi gedir. Ancaq dəstə üzvləri məhkəmədə, istintaqa verdikləri ifadələrdən imtina edərək, bu partlayışdan xəbərsiz olduqlarını deyirlər.
XS
SM
MD
LG