Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:54

«Fatimeyi Zəhra» məscidinin sökülməsi barədə iddia təmin edildi


«Fatimeyi Zəhra» məscidinin sökülməsi barədə iddia təmin edildi
«Fatimeyi Zəhra» məscidinin sökülməsi barədə iddia təmin edildi
2 saylı Bakı Yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin Yeni Günəşli qəsəbəsi «v» massivi, 33 ünvanında yerləşən «Fatimeyi Zəhra» məscidinin sökülməsi ilə bağlı iddiasını təmin edib.

Məscidin dini icmasının üzvü Tofiq Rəzizadənin APA-ya verdiyi məlumata görə, avqustun 31-də keçirilən məhkəmə iclasında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi barədə qərar qəbul edilib.

T. Rəzizadə məhkəmənin ədalətsiz qərar qəbul etdiyini bildirib.

İcma üzvü bildirib ki, dini icma məscidin tikilməsi ilə bağlı torpağı 1996-cı ildə alıb və sənədləşmə 1998-ci ilə qədər davam edib. Suraxanı rayon İcra Hakimiyyətinin maddi, BŞİH-nin isə texniki dəstəyi ilə məscidin tikilməsinə başlanılıb. Maddi imkan olmadığı üçün məscidin tikintisini tam başa çatdırmaq mümkün olmayıb: «Artıq tikinti işləri yekunlaşmaq üzrə idi, məscidin minarəsi tikilirdi. Beş ay əvvəl Suraxanı rayon İcra Hakimiyyəti tikintini dayandırdı və məhkəməyə müraciət etdi».

T. Rəzizadə məsələ ilə bağlı yenidən ölkə prezidentinə müraciət etdiklərini bildirib.
XS
SM
MD
LG