Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

İkinci Dünya müharibəsinin qurbanları


İkinci Dünya müharibəsi hadisələrinin səhnələşdirilməsi, Belarus, 23 fevral 2008
İkinci Dünya müharibəsi hadisələrinin səhnələşdirilməsi, Belarus, 23 fevral 2008
Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.

Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

«World War 2» saytı da ölkələr üzrə ayrı-ayrılıqda itkilərin sayını verməyə çalışıb. Əlbəttə, bunlar da təxmini rəqəmlərdir. Amma yenə də bir-birindən kəskin fərqlənən mənbələr arasında müharibənin qara statistikasında orta rəqəmlər haqqında təsəvvür yarada bilir.

BƏZİ ÖLKƏLƏR ÜZRƏ MÜHARİBƏDƏ HƏLAK OLANLARIN SAYI


Ölkələr Hərbçilər Mülki şəxslər Cəmi
Sovet İttifaqı 12 milyon 17 milyon 29 milyon
Almaniya 3.25 milyon 2.44 milyon 5.69 milyon
Polşa 597 000 5.86 milyon 6.27 milyon
Yuqoslaviya 305 000 1.35 milyon 1.66 milyon
Rumıniya 450 000 465 000 915 000
Macaristan 200 000 600 000 800 000
Fransa 245 000 350 000 595 000
İtaliya 380 000 153 000 533 000
Böyük Britaniya 403 000 92 700 495 000
ABŞ 407 000 6 000 413 000
Çexoslovakiya 7 000 315 000 322 000
Hollandiya 13 700 236 000 249 000
Yunanıstan 19 000 140 000 159 000
Belçika 76 000 23 000 99 000

BİRİNCİ DÜNYA MÜHARİBƏSİ İLƏ MÜQAYİSƏDƏ İKİNCİ MÜHARİBƏDƏ HƏLAK OLANLARIN BÖLGÜSÜ


Müharibə Ölənlər arasında hərbçilər Ölənlər arasında mülki şəxslər
Birinci Dünya müharibəsi 95%5%
İkinci Dünya müharibəsi 33% 67%

Müharibənin maddi itkisini hesablamağa da cəhdlər var. Wikianswers.com müxtəlif illərdə mütəxəssislərin hesablamaları əsasında müharibənin əsas iştirakçılarının xərclərini müharibə illərindəki pulları ilə bu göstərir:

Böyük Britaniya – 20 milyard funt sterlinq.
ABŞ – 306 milyard dollar.
Almaniya – 414 milyard marka.
Yaponiya – 174 milyard yen.
İtaliya – 278 milyard lirə.
Sovet İttifaqı – 582 milyard.

Bu məbləğlərin o dövrdəki dəyəri əlbəttə, indikindən qat-qat çox idi. Məsələn, mütəxəssislər o zaman ABŞ-ın müharibəyə xərclədiyi 306 milyard dolların indiki təxminən bir trilyon dollar gücündə olduğunu deyirlər.
XS
SM
MD
LG