Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:19

«Ermənistan hakimiyyəti Azərbaycanla müharibəyə çox ciddi hazırlaşır»


Yerevanda Respublika paradı, may 2008

«A1+» televiziyası:


Türkiyədən bir qrup jurnalist Ermənistan-Türkiyə protokolundan sonra yaranan ab-havanı öyrənmək üçün Ermənistana gəlib. «A1+» televiziyasının müxbiri ilə söhbətində «Habarturk» internet saytının nümayəndəsi Bulent Gunal deyib: «Ümumilikdə türk xalqı sərhədlərin açılmasına tərəfdardır. Amma bəzi millətçilər bu protokollardan narahatdırlar. Bu işə müxalifətdə olanlar deyirlər ki, Ermənistan qoşunlarını Qarabağdan çıxarmayınca, sərhəd açılmamalıdır. Ermənistan başa düşməlidir ki, Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərindən savayı, Türkiyənin həm də güclü bir Azərbaycanı qoruma öhdəlikləri var».

«Qraparak» qəzeti:

Dünən biz türkoloq Ruben Melkonyanın fikrini çap etmişdik. O deyirdi ki, Osmanlı İmperiyasının arxivlərini araşdıracaq hökumətlərarası komissiya yaradılarsa, burada Ermənistanı təmsil etməyə Osmanlı dilini bilən mütəxəssislər yoxdur.

Bundan sonra türkoloq Murad Bocolyanın qızı bizimlə əlaqə saxladı. O dedi ki, vətənə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş atası Osmanlı dili üzrə mütəxəssisdir. Cəzasının üçdə ikisini çəksə də, onu azadlığa buraxmırlar.

Bocolyanovun ailəsi erməni tarixçiləri türməyə, Murad Bocolyandan Osmanlı dili üzrə təlimlər almağa dəvət edir.

«Tert.am» internet qəzeti:

Ermənistan-Türkiyə danışıqlarının olduqca gözlənilməz nəticələri ortaya çıxır. «Kommersant» qəzetinin yazdığına görə, indi Ankarada Ermənistanın «Nabucco» kəmərinə qoşulması imkanları müzakirə edilir.

Türkiyə qəzetləri də ötən həftənin sonunda yazırdılar ki, Ankara Ermənistanın bu iri enerji layihəsinə qoşulmasını müdafiə edə bilər. Bu işdə Ermənistan o qədər də siyasi sabitliyə malik olmayan Gürcüstanı əvəz edə bilər.

«Tert.am» internet qəzeti:

"Soyqırım" Muzey-İnstitutunun direktoru Ayk Demoyan deyir ki, Türkiyə ilə bağlanan hər hansı sənəddə erməni "soyqırım"ının elementləri əksini tapmalıdır: «İlk növbədə yaxınların tapılmasına heç bir əngəl yaradılmamalıdır. Bu gün çox sayda ermənini biz müsəlman erməni adlandırırıq. Bəli, faktlar var ki, yaxınlar bir-birini axtarıb-tapmağa çalışırlar. Növbəti vacib məqam Türkiyənin bütün ərazisində erməni mədəniyyəti izlərinin məhv edilməsidir. Türkiyə Respublikası mövcud olduğu bütün dövrlərdə Lozan razılaşmasını pozub».

«Noyan tapan» informasiya agentliyi:

«Miatsun» hərəkatı hesab edir ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin Madrid prinsiplərinə dair bəyanatları, Azərbaycan və Ermənistan prezidentlərinin bir çox məsələləri razılaşdırdıqları barədə məlumatlar və Türkiyə ilə əlaqələr haqqında deyilənlər yaxın aylarda Qarabağa dair təhlükəli yeniliklərdən xəbər verir.

«Miatsun»un yaydığı bəyanatda deyilir ki, Türkiyə ilə protokolların ratifikasiyası Ermənistanı Türkiyə ilə indiki sərhədləri tanımağa məcbur edəcək. Bu da 1921-ci ilin Qars müqaviləsinin yenidən təsdiq olunması deməkdir. Bununla erməni soyqırımı məsələsi sonsuza qədər hökumətlərarası komissiyada müzakirə olunacaq və Ermənistan üçüncü ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyacaq. Bu da birbaşa Qarabağ problemi ilə bağlıdır.

«Miatsun» bildirir ki, Qarabağın və Qərbi Ermənistanın (Türkiyə ərazilərini özlərininki hesab edən ermənilər Türkiyənin şərq ərazilərini "Qərbi Ermənistan" adalandırırlar - red.) müdafiəsində qərarlıdır və bu problemlər ətrafında milli birliyin yaradılmasında iştirak etməyə hazırdır.

«Aravot.am» internet qəzeti:

Ermənistan parlamentində «1988-1992-ci illərdə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ Muxtar Vilayətində və Azərbaycan SSR-nin bəzi yerlərində yaşayan ermənilərə qarşı törətdiyi soyqırımın tanınmasına dair» qanun layihəsinin müzakirəsi 30 günlüyə təxirə salınıb. Layihəni parlamentin Xarici Əlaqələr Komissiyasının deputatı Larisa Allahverdiyan hazırlayıb.

Komissiyanın rəhbəri Armen Rustamyan isə bildirib ki, onlar müzakirəyə baş verən müharibəyə görə, Azərbaycanın cavabdehlik daşımasına dair bəyannamə təqdim etməyi planlaşdırırlar.

«Jamanak» qəzeti:

Belə çıxır ki, Ermənistan hakimiyyəti Azərbaycanla müharibəyə çox ciddi hazırlaşır. Universitetlərdə «hərbi jurnalistika» fənni öyrədilməyə başlanır.

Yerevan Dövlət Universitetinin jurnalistika fakultəsində dördüncü kursun tələbələrinə «hərbi jurnalistika» fənni tədris edilməyə başlanır. Müdafiə naziri Seyran Ohanyan özü ilk dərs üçün jurnalistika fakultəsində mühazirə oxuyub.
XS
SM
MD
LG