Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:03

«Ərdoğanı təhqir» məhkəməsi başlamadan bitib


Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan
29 martdakı bələdiyyə seçkisi ərəfəsində Aydın vilayətində baş nazir Ərdoğana «Allah cəzanızı verəcək» dediyi iddia edilərək prokurorluq tərəfindən 2 ilə qədər həbsi tələb edilən 13 yaşlı M.S.Ö-nün məhkəməyə çıxarılmamasına qərar verilib.

Buna səbəb uşağın az yaşlı olması göstərilib. Prokurorluğa şikayət ərizəsi Tayyib Ərdoğanın vəkilləri tərəfindən verilmişdi.

Aydın vilayətində baş nazirə «Allah cəzanızı verəcək» dediyi iddia edilən 13 yaşlı M.S.Ö. Ərdoğanın cangüdənləri tərəfindən avtobusa gətirilmiş, daha sonra məhkəməyə müraciət edən az yaşlı uşaq baş nazirin onun boğazını sıxaraq təhqir etdiyi iddiası ilə prokurorluğa müraciət etmişdi. Ancaq prokurorluq baş nazir haqqında təhqiqat aparılmasına ehtiyac olmadığına qərar vermişdi.

Digər tərəfdən, «ANKA» Agentliyinə açıqlama verən Demokratik Sol Partiyasının baş katibi Hasan Erçelebi, Ərdoğanın 18 yaşından kiçik olan uşaqlar barədə etdiyi şikayətlərlə bağlı məhkəmələrin veridiyi pul cəzalarını özünün ödəyəcəyini bildirib. Erçelebi deyib:

«DSP baş katibi kimi bundan sonra Ərdoğanın 18 yaşından kiçik uşaqlar üçün qaldırdığı məhkəmə iddialarında onun lehinə verilən təzminatları millət vəkilliyim bitənə qədər ödəyəcəyimi öhdəmə götürürəm».

Hasan Erçelebi Radio-Televiziya Yüksək Şurasından «Uşaqların fiziki və ruhi sağlığına mənfi təsir göstərdiyinə görə» baş nazirin çıxışlarının «qırmızı nöqtə» ilə yayımlanmasını tələb edib.
XS
SM
MD
LG