Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:20

Avropa Şurası Bakını mer seçməyə çağırır


«Azərbaycan dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı müsbət nümunələri örnək götürməlidir»
«Azərbaycan dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı müsbət nümunələri örnək götürməlidir»
«Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır», belə bir bəyanatla Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef Bakıya səfəri ərəfəsində çıxış edib.

«Son illər ərzində Konqresin Azərbaycan hakimiyyətinə Bakı Meri vəzifəsinin təyinatla deyil seçki yolu ilə tutulması haqqındakı çağırışlarını yenidən təkrarlayıram. Bu, ölkədə yerli demokratiyanın güclənməsinə xidmət edəcəkdir. Bu ilin may ayında Ermənistanda ilk dəfə olaraq Yerevan şəhərinin Meri vəzifəsinə keçirilən seçkilər, Gürcüstan prezidentinin artıq səsvermə yolu ilə seçilən Tbilisinin Meri vəzifəsinə birbaşa seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü Cənubi Qafqazda demokratik impuls yaratmışdır. Azərbaycan da dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı bu müsbət nümunələri örnək götürməlidir», deyə o, qeyd edib.

«Bakı Merinin seçilməsi həmçinin 2002-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunan Avropa Yerli Özünüidarəetmə Xartiyasının ruhuna da uyğun olacaqdır», deyərək Mikallef fikrini tamamlayıb.
XS
SM
MD
LG