Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Jurnalistləri 8 saylı bölməyə buraxmayıblar


Məhkəmənin qarşısı, 16 sentyabr 2009
Məhkəmənin qarşısı, 16 sentyabr 2009
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, gənclərin saxlandığı bildirilən 8 saylı polis bölməsinə nə jurnalistləri, nə də hüquq müdafiəçilərini buraxırlar.

Bölmənin növbətçisi gənclərin xuliqanlıqda təqsirləndirildiyini bildirib. O, deyib ki, ətraflı məlumat almaq üçün Daxili İşlən Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayın.

GƏNCLƏRİ BAKI ŞƏHƏR POLİS İDARƏSİNƏ APARIBLAR?
Səbail məhkəməsinin qarşısında üzərinə «Mən də xuliqanam» yazılmış köynəklər geyib gəzən gəncləri Səbail rayon 8-ci polis bölməsindən Bakı Şəhər Polis İdarəsinə aparıblar.

Bu haqda AzadlıqRadiosuna bölmənin növbətçisi Ələkbər Həsənov məlumat verib.

RESTORANIN İŞÇİLƏRİ İFADƏ VERMƏYƏ GƏLDİLƏR
Gənc bloqqerlərin məhkəməsində «Lebanese» restoranının əməkdaşları ifadə verməyə gəliblər. AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, restoran işçiləri jurnalistləri hadisənin yeganə şahidinə yaxınlaşmasına imkan verməyiblər.

BLOQQERLƏR MƏHKƏMƏYƏ GƏTİRİLDİ
Səbail rayon məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb. Gəncləri məhkəməyə gətiriblər.

POLİS BLOQQERLƏRƏ DƏSTƏK VERƏN GƏNCLƏRİ SAXLADI
Gənc bloqqerlərin saxlanmasına etiraz olaraq Səbail rayon məhkəməsinin qarşısına toplaşan gəncləri polis saxlayıb. Gənclər üzərinə «Mən də xuliqanam» sözləri yazılmış köynəklər geyiniblərmiş.

Polis beş gənci 8-ci bölməyə aparıb. Saxlanılanlar Turqut Qənbər, Elşən Poladlı, Orxan Cavablı, Rəşadət Axundov və bir başqa gəncdir. Hadisə yerində olan AzadlıqRadiosuun əməkdaşı xəbər verir ki, bu saatlarda daha iki gənc – Zaur Əkbər və Xaliq Friman polis tərəfindən saxlanılıb bölməyə aparılıblar.

Saxlanılanlardan biri Turqut Qəmbər belə deyib: «Polislər bizi məcbur etdilər ki, köynəyimizi çıxaraq, çıxarmayanları bölməyə apardılar. Mülki geyimli şəxslər bizi maşına zorla basdılar».

Turqut Qəmbər deyir ki, bu köynəkləri geyinməklə onlar sübut etmək istəyiblər ki, bloqqerlər xuliqan deyil: «Göstərmək istəyirdik ki, onlar xuliqandırsa, biz də xuliqanıq. Polis guya bizi saxlayıb ki, araşdırsın ki, biz xuliqanıq, yoxsa, yox».

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG