Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:10

Ankara-Yerevan yaxınlaşması Bakını narahat edir


Milli Məclisin deputatları türkiyəli həmkarları ilə sərhəd açılması məsələsini müzakirə edirlər, Bakı. 15 aprel 2009
Milli Məclisin deputatları türkiyəli həmkarları ilə sərhəd açılması məsələsini müzakirə edirlər, Bakı. 15 aprel 2009

«Türkiyə-Ermənistan danışıqları doğrudan da bizi narahat edən məsələdir. Türkiyə tərəfi dəfələrlə rəsmi münasibət bildirib. Ancaq açığı bu məsələ ilə bağlı məndə müəyyən narahatçılıq olub. Bu narahatçılıq bu gün də var».

Bunu vitse-spiker Ziyafət Əsgərov sentyabrın 30-da - Milli Məclisin payız sessiyasının ilk iclasında deputatlar Türkiyə Ermənistan danışıqlarının gedişindən narahat olduqlarını bildirdikdə deyib.

Deputat Zahid Oruc hesab edir ki, Türkiyə tərəfdən verilən rahatlayıcı bəyanatlara baxmayaraq paralel şəkildə oktyabrın 10-a çox ciddi hazırlıqlar gedir:

«Bu baş verərsə regionda Azərbaycanın milli və təhlükəsizlik maraqlarına mənfi təsir göstərən proseslər cərəyan edə bilər. Ona görə də Türkiyə Ermənistanla imzalayacağı sənəddən əvvəl Azərbaycanla yol xəritəsi imzalamalıdır. Və Türkiyənin istənilən iqtidarı bilməlidir ki, onun atacağı addımların dəqiq çərçivəsi var».

Oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərə dair protokollar imzalanmalıdır. Qarşılıqlı əlaqələrin inkişafına dair protokol qüvvəyə minəndən 2 ay sonra isə Türkiyə-Ermənistan sərhədlərinin açılması nəzərdə tutulur.

Ziyafət Əsgərov hesab edir ki, həmin vaxt Türkiyə Azərbaycanın maraqlarını, o cümlədən də özünün milli maraqlarını nəzərə almalıdır:

«İstərdim ki, Türkiyə tərəfdən indiyəcən verilən bəyanatların səmimiliyinə inanım. Görək nə olur».

XS
SM
MD
LG