Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Protokollar imzalandı, sonra nə olacaq?


Gül və Sarkisyan Bursada, 14 oktyabr 2009
Gül və Sarkisyan Bursada, 14 oktyabr 2009
Türkiyə ilə Ermənistan münasibətlərini normallaşdırmaq üçün protokolları da imzaladılar, futbol da oynadılar. Bəs, sonra?

Almaniyadakı Bertelsman Fondu bu suala Ankara, Yerevan, Bakı və Avropa Birliyindən dörd təhlilçinin məqaləsi ilə cavab verməyə çalışır.

Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan məqaləsində yazır ki, protokollara müxalif mövqedə olanlar həmin sənədlərin parlamentdə təsdiq edilməsini əngəlləyə biləcək gücdə deyillər. Sənədlərin əleyhinə çıxış edən «Daşnaksutyun»un 131 nəfərlik parlamentdə cəmi 16 yeri var.

Aleksandr İskandaryan
Müəllif hesab edir ki, sənədlər əleyhinə mitinqlər də çox adam toplaya bilmir. Böyük ehtimalla tənqidlər olsa da, Ermənistan parlamenti sənədləri çətinlik çəkmədən təsdiq edəcək.

Protokollar imzalanandan sonra nə ola biləcəyi barədə sualı Türkiyədən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun direktoru Mustafa Aydın cavablandırıb. O, AzadlıqRadiosu ilə söhbətdə də bildirdi ki, Qarabağ münaqişəsinin həllində hansısa bir addım atılıncaya qədər protokollar Türkiyə parlamentinin komissiyalarında yubadılacaq:

«Gözləmə mövqeyi əlbəttə, Türkiyəyə beynəlxalq təzyiqləri gücləndirəcək. Amma indi rəsmilərin çıxışlarından belə başa düşürəm ki, onlar həmin təzyiqlərə dayanmaq qərarındadırlar».

Türkiyəyə bu qədər təzyiq olacaqsa, həm də Qarabağ problemində irəliləyiş olmadan Ermənistanla sərhədi açmamaqda qərarlıdırsa, Ankaranı bu protokolları imzalamağa sövq edən nə idi?

M.Aydın hesab edir ki, Türkiyə keçən il Gürcüstanla Rusiya arasında müharibədən sonra

Mustafa Aydın

Qafqazda nüfuzunun azalacağından ehtiyatlanaraq təşəbbüsü ələ almağa çalışır:

«Türkiyənin hərəkətə keçməsinin əsas səbəbi Rusiyanın Gürcüstanla müharibəsindən sonra Qafqazda yaranan vəziyyətdir. Amma əlbəttə, burada ABŞ-ın yeni prezidenti Barak Obamanın ermənilərin iddiaları qarşısında tutumu və Türkiyənin Avropa Birliyi ilə münasibətləri də nəzərə alınmamış deyil».

Azərbaycanda ictimai fikrin mümkün inkişaf istiqamətini Beynəlxalq Böhran Qrupunun Bakıdakı təhlilçisi Təbib Hüseynov şərh edib.
Müəllifin fikrincə, yalnız Qarabağ münaqişəsinin həllində hər hansı nəzərəçarpacaq irəliləyiş Azərbaycan ictimai rəyində Türkiyə-Ermənistan sərhədinin açılmasına bəraət qazandıra bilər. Bunun üçün isə onun fikrincə, ilin sonunadək münaqişənin həlli üçün əsas prinsiplər Bakı ilə Yerevan arasında razılaşdırılmalıdır.

Moskvadakı Beynəlxalq Əlaqələr İnstitutunun professoru Andrey Zaqorski də Türkiyə-Ermənistan protokollarından sonra Rusiyadakı ictimai ovqatı şərh edib.
Andrey Zaqorski
Müəllif yazır ki, indi Rusiyada belə bir fikir hakimdir: Vaşinqtonun himayəsi ilə Türkiyə Ermənistanı Moskvanın orbitindən çıxarıb Yerevanın üzünü Qərbə tərəf yönəltməyə çalışır. Cənubi Osetiya və Abxaziyada hərbi bazarın yaradılması heç vaxt Rusiyanın ön cəbhəsi hesab olunan Ermənistanın itirilməsinə əvəz ola bilməz.

Amma müəllif hesab edir ki, bu cür rəylərə baxmayaraq, Moskva Türkiyə-Ermənistan normallaşmasına mane olmayacaq. Çünki Tbilisi ilə gərgin münasibətlərə görə faktiki olaraq Rusiyanın Ermənistanla quru sərhədi hər zaman kəsilə bilər.

A.Zaqorski yazır ki, Moskva sadəcə, prosesdə yaxından iştirak edib, davamlı olaraq hadisələrdən xəbərdar olmağa çalışacaq.

O ki qaldı Ermənistan-Türkiyə protokollarına Avropa Birliyinin münasibətinə, Bertelsman Fondunun layihə rəhbəri Armando Qarsia Şmidt deyir ki, Birlik lap əvvəldən olduğu kimi, yenə də həmin normallaşma prosesini müdafiə edəcək. Çünki regionda münaqişələrin həlli Avropa Birliyi üçün ən azından təhlükəsiz enerji dəhlizi deməkdir.
XS
SM
MD
LG