Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:55

BİRİNCİ LEDİ XÖRƏYİ ŞƏXSƏN BİŞİRDİ


Ötən həftənin əsas olayı Bursada baş verdi. Türkiyə-Ermənistan matçı nadir futbol oyunlarından idi ki, hadisələr yaşıl meydanda deyil, ondan kənarda baş verirdi. Bunu matçı televiziya ilə izləyənlər də hiss edirdilər.
Kameralar tez-tez topu yaddan çıxarıb tribunanı, Serj Sarkisyan və Abdullah Gülü göstərirdilər.

Ermənistan prezidentinin şərəfinə verilən ziyafətdə isə «Novosti Armeniya»nın məlumatlarına inansaq, xüsusi olaraq Ankaradan gətirilən xörəklər verilib. Bu yeməklərin Türkiyənin «birinci ledi»si tərəfindən hazırlandığı da bildirilir.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan bunu belə izah edir ki, Abdullah Gül Sarkisyana xoş münasibətini xüsusi vurğulamaq istəyib

RAMİL USUBOV VƏ ELDAR MAHMUDOV POLŞANIN «BÖYÜK ZABİT»İ OLUBLAR

Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycanın ürəyincə deyil. Futbol diplomatiyasına Azərbaycan qaz diplomatiyası ilə cavab verir.

Prezident İlham Əliyev Türkiyəyə satılan qazın qiymətlərini bir daha yada salaraq Türkiyəyə olan alternativlərin adını çəkdi.

Oktyabrın 16-da belə alternativlərdən biri olan Polşa Azərbaycan rəsmilərinə yüksək orden və medallar verib. Polşa-Azərbaycan münasibətlərinin inkişafındakı roluna görə təltif olunanlar arasında Daxili İşlər naziri Ramil Usubov və Milli Təhlükəsizlik naziri Eldar Mahmudov da var. Onlara Polşanın «Böyük zabit» ordeni verilib.

Bundan başqa, Xarici İşlər naziri Elmar Məmmədyarov və Sənaye və Energetika naziri Natiq Əliyev «Komandor» ordeni alıblar.

Prezident Administrasiyası, Heydər Əliyev Fondu və YAP rəsmiləri, habelə ali məktəb rektorlarından ibarət bir qrup isə Polşanın «Qızıl Xaç» və «Kavaler» ordenləri ilə təltif olunublar

MEHRİBAN ƏLİYEVANIN ADI İLƏ

«Səs» qəzeti xəbər verir ki, Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub.

Dördmərtəbəli məktəb binasında 3 müxtəlif şöbələrdə 1600 şagird oxuyacaq, 100 müəllim çalışacaq.

Qəzet qeyd edir ki, bu tipli məktəb Misirdə yeganə müasir təhsil ocağıdır.

Məktəbin foyesində Azərbaycan-Misir dostluğunu, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdiyi diqqət və qayğını əks etdirən fotolar nümayiş etdirilir.

«EUROVİSİON» MAHNI MÜSABİQƏSİNDƏ AZƏRBAYCANI BRİLYANT DADAŞOVA TƏMSİL EDƏ BİLƏR

Əgər bu haqda ona müraciət daxil olsa. Belədə isə, müğənninin «Evrovision»a getməklə bağlı özünün konkret planları yoxdur.

Day.az saytına verdiyi müsahibədə B.Dadaşova bildirir ki, iştirak haqqında ərizə yazmayacaq. Amma dəvət alsa, Azərbaycanı «Eurovision – 2010»da təmsil etmək haqda fikirləşə bilər.
XS
SM
MD
LG