Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

«Danışdığıma görə insanları incidirlər»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
«Bizim Yol»: Rüstəm İbrahimbəyov: «Kino İttifaqının üzvləri mənə deyirlər ki, sən tənqidi çıxış etdiyin üçün bizlərə fəxri adlar vermirlər… Amma susa bilmərəm…». Tanınmış dramaturq Rüstəm İbrahimbəyov qəzetə müsahibəsində belə deyib.

«Azadlıq»: Vaşinqtondan xəbərdarlıq

«Türkiyə və Azərbaycan təbii qazın qiymətində razılığa gələ bilməsələr, alternativ yollar axtarılacaq». Riçard Morniqstar: «Türkiyə Qafqaz və Orta Asiya qazının Avropaya nəqlində çox güclü tranzit ölkə halına gələ bilər».

«Yeni Azərbaycan»: Azərbaycan xarici sərmayələri qoruyan ölkə imicinə malikdir.

Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı deyib ki, Fransa şirkətləri ölkədə bir çox layihələrdə fəal iştirak edə bilərlər.

«Yeni Müsavat»: Hakimiyyət idarəetmə mexanizmini dəyişir

Getdikcə güclənən mərkəzdənqaçma iqtidarda narahatlıq yaradıb: komandada köklü dəyişikliklər olacaq. «Söhbət o idarəetmə mexanizmindən gedir ki, hələ keçmiş prezident Heydər Əliyevin hakimiyyətinin son illərində formalaşmağa başlamışdı və özündə inzibati idarəetmənin bir neçə mərkəzdə birləşdirilməsini nəzərdə tutur».

«Ədalət»: «Bu xəmir hələ çox su aparacaq»

Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən həmsədrlərin fəallığı, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ölkəmizə səfəri gündəmə yeni mövzular gətirib. Məsələyə siyasi şərhçi Rüstəm Məmmədov münasibət bildirib: «Aparılan danışıqları böyük nailiyyət kimi təqdim etmək çox çətindir».

«Şərq qəzeti»: Analıq məzuniyyətinin vaxtı artırılır
Əmək Məcəlləsinə ediləcək dəyişiklik müzakirəyə çıxarılacaq. Milli Məclisin Sosial siyasət komitəsinin Əmək Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi analıq məzuniyyətinin artırılmasını nəzərdə tutur.

«525-ci qəzet»: Tanınmış türk iş adamı Azərbaycanda vəfat etdi

Tanınmış türk iş adamı, «Best Model of Azerbaijan» müsabiqəsinin ilk təşkilatçısı Nahit Kabakçı Azərbaycanda vəfat edib. Dünən saat 05.30 radələrində prokurorluğa iş adamının çalışdığı və yaşadığı «Natavan» Ticarət Mərkəzində öldüyü barədə xəbər daxil olub.
XS
SM
MD
LG