Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Azərbaycanla Türkiyə arasında viza protokolu imzalanmadı


Azerbaijan – Foreign Minister Elmar Mammadyarov (L) with his Turkish counterpart Ahmet Davutoglu in Baku, 26May2009
Azerbaijan – Foreign Minister Elmar Mammadyarov (L) with his Turkish counterpart Ahmet Davutoglu in Baku, 26May2009
Ankarada səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişini nəzərdə tutan protokolun imzalanması təxirə salınıb. Nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında verilən məlumata görə Bakı bu məsələ ilə bağlı bəzi texniki məsələlərin həllinin zəruri olduğunu bildirib. Amma sənədin imzalanmasının təxirə salınması barədə ətraflı məlumat verilməyib.

Beləliklə, hər iki ölkədən vətəndaşların o biri ölkəyə səfəri zamanı viza alınması zərurəti davam edir. Viza almaqla Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları da Azərbaycanda bir ay qala biləcəklər. Daha uzunmüddətli səfərlər üçün hər iki ölkədən ayrıca icazə alınması tələb olunur.

Görüşdən sonra keçirilən mətbuat konfransında nazirlər bildiriblər ki, Türkiyə-Ermənistan normallaşdırlması prosesində hər iki ölkədə əvvəllər meydana gəlmiş bəzi soyuq münasibətə bir daha yol verməyəcəklər.

Elmar Məmmədyarov Davudoğlu ilə görüşdən sonra da Türkiyənin prezidenti Abdulla Güllə görüşə yollanıb.
XS
SM
MD
LG