Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:19

İranda nə baş verir?


Tehranda qarşıdurma, 27 dekabr 2009
Tehranda qarşıdurma, 27 dekabr 2009
«Əvvəlcədən də belə bir şey gözlənilirdi. Burada yaşılçılıq hərəkatı deyilən bir təşkilat var. Onlar xiyabanlara, küçələrə tökülürlər. Dünən Aşura münasibətilə xiyabanlar qələbəlik olanda da aksiya keçiriblər və polislə toqquşma olub. Polisin özü bir neçə nəfərin öldüyünü bildirir. Yayılan şayiələrə görə, ölənlər arasında cənab Mir Hüseyin Musəvinin bacısı oğlu da var».

Bu, Tehranda yaşayan azərbaycanlı Mehdi Nəiminin dedikliridir. O söylədiklərinin İran televiziyasınında da yayımlandığını bildirir.

Tehranda müxalifətlə polis arasında toqquşmaların yenidən vüsət almasına siyasi şərhçilərin münasibəti fərqlidir. Bunu İranda demokratiya, hüquq və azadlıqlar uğrunda mübarizə adlandıranlar da var, aksiyaların mahiyyətində hakimiyyətin devrilməsi cəhdini görənlər də.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Nəsibli hesab edir ki, İranda baş verənlər bölünmüş cəmiyyətin və hakim elitanın ayrı-ayrı dəstələrinin bir-birinə qarşı çıxdığını göstərir.

Nəsib Nəsibli
Tehranda keçirilən aksiyalar mövcud hakimiyyətin hüquq və azadlıqları məhdudlaşdırmasına etirazdır:

«MARAQLAR TOQQUŞUR»

«Əhmədinejatın dövründə hakimiyyət çox sərt məhdudlaşdırma apardı. Yəni İranda onsuz da az olan demokratik azadlıqları məhdudlaşdırma yolunu tutdu. Və qarşı tərəf də buna etirazını bildirir. Artıq İranda vaxtı keçmiş qaydaların ləğv olunmasını istəyir. Buna görə də maraqlar toqquşur».

Nəsib Nəsiblinin fikrincə, Əhmədinejatdan əvvəl - Hatəminin prezidentliyi dövründə İranda bir neçə sahədə, mətbuata münasibətdə, insanların öz fikirlərini ifadə etməsində yumşaq siyasət yürüdülürdü. Ona görə də indiki qarşıdurmanı yalnız hakimiyyət uğrunda mübarizə kimi qələmə vermək olmaz.

Bəzi ekspertlər isə hesab edirlər ki, İranda keçirilən aksiyaların insan haqları, demokratiya kimi dəyərlərə dəxli yoxdur. Əgər hazırda etiraz aksiyaları keçirənlər hakimiyyətə gəlsələr onlar da təxminən əvvəlki siyasəti müəyyən korrektələrlə davam etdirəcəklər.

İCTİMAİ-SİYASİ BÖHRANIN NƏTİCƏSİ

Siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, əslində İranda baş verənlər heç də demokratk proseslər deyil. Bu, sadəcə qonşu ölkədə yaranmış ictimai-siyasi böhranın nəticəsidir.
Sədrəddin Soltan
Prezident seçkilərindən sonra formalaşmış müxalifət vəziyyətdən istifadə edib hakimiyyəti devirmək istəyir.

Sədrəddin Soltan düşünür ki, bu, müxalifətin özü də əslində hakimiyyətin içərisindən çıxan qüvvələrdən ibarətdir:

«Onlar hesab edirlər ki, indiyədək İslam olub, ancaq respublika olmayıb. Bundan sonra İslam Respublikası olmalıdır. Proses də bu istiqamətdə gedir. Artıq məsələ seçkinin nəticələrinə etirazdan çıxaraq daha çox rejimi hədəfə alıb. Və etiraz aksiyaları da bu istiqamətdə gedir. Təbii ki, buna qarşı da hakimiyyət ciddi təzyiq göstərir. Aksiyalar zamanı ölənlərin olması da bundan xəbər verir».

Sədrəddin Soltan hesab edir ki, İranın nüvə proqramından daha vacib diqqət orada insan hüquqlarının pozulmasına yönəlməlidir. Əgər beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı İrana ciddi sanksiyalar qəbul edərsə, bu aksiyaların nəticəsi ola bilər.
XS
SM
MD
LG