Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:18

Naxçıvanda Vilayət Eyvazovun qohumunun da döyüldüyü deyilir


Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov
Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov
Bənənyar kəndində adının çəkilməsini istəməyən sakinlərin deməsinə görə, polisin döydüyü şəxslər arasında Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun qohumu da olub. Polis onu döydükdən sonra nazir müavininin qohumu olduğunu öyrəndikdən sonra üzr istəyiblər.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Əhməd Əhmədov də kənddə olub.

Saxlanılanlar isə kənddə keçirilən Aşura mərasimində iştirak edənlər və onların yaxınları olublar. Onlardan bəziləri artıq buraxılıblar.

Həmin şəxslər deyirlər ki, saxlanma müddətində onlara qarşı fiziki zor tətbiq edilib. Onları döyməklə yanaşı bayırda saxlayıb üzərlərinə su töküblər.

Onları döyməkdə məqsəd hadisənin AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyev tərəfindən təşkil edilməsi haqda ifadələr almaq olub.

Bənənyar sakinlərinin verdiyi məlumata görə, bu kənd ətrafında Daxili Qoşunların mühasirəsi davam edir.

Kəndin yollarında postlar qurulub. Kənd sakinlər həmçinin iddia edirlər ki, ev telefonları dinlənməkdə davam edir. Bu hadisələrlə bağlı Bakı və Muxtar Respublikanın ətraf rayonları ilə danışarkən xətlər tez-tez kəsilir.

Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, onlarda Bənənyar kəndində kiminsə həbs olunması və ya döyülməsi barədə məlumat yoxdur.
XS
SM
MD
LG