Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:28

Rusiyanın ən uzunömürlü siyasiləri


«Kommersant Vlast» həftəliyi son on ildə Rusiyanın ən uzunömürlü siyasilərinin siyahısını hazırlayıb. Daha doğrusu həmin adamların fotolarını dərc etməklə oxuculara imkan yaradılıb ki, bu şəxslərin xarici görünüşündəki dəyişiklikləri görsünlər.

1
Roman Abramoviç. Moskva Hüquq Akademiyasını bitirib. 1990-cı illərdə Boris Berezovski ilə birgə biznesə başlayıb. 1999-dan siyasətlə məşğuldur, Dövlət Dumasının deputatı olub, səkkiz il Çukotkaya rəhbərlik edib, hazırda dairə dumasının spikeridir.
2
Boris Berezovski. «LoqoVAZ», ORT, Sibneft və başqa qurumlara rəhbərlik edib. 1996-cı ildən Rusiya Təhlükəsizlik Şurası katibinin müavini olub, MDB-nin icraçı katibi işləyib, Dövlət Dumasının deputatı olub, «Yedinstvo» blokunu yaradıb. 2001-ci ildən axtarışdadır, qiyabi olaraq 13 illik həbs alıb. Böyük Britaniyada yaşayır.
3
Mixail Qorbaçov. Stavropolda komsomol və kommunist təşkilatlarında işləyib. 1978-də SovİKP MK-nın katibi, 1985-də baş katibi seçilib. «Yenidənqurma»ya keçidi elan edib və 1990-cı il martın 15-də SSRİ-nin ilk və sonuncu prezidenti olub. 1991-in dekabrında istefa verib. Hazırda Qorbaçov Fondunun rəhbəridir.
4
Boris Qrızlov. Baltik Texniki Universitetinin elmi-metodiki mərkəzinə rəhbərlik edib. 1999-cu ildən dörd dəfə Dövlət Dumasına seçilib. 2003-dən spikerdir. 2001-2003-də daxili işlər naziri işləyib. 2002-dən «Yedinaya Rossiya» partiyası ali sovetinin sədridir. Həmçinin «android» ləqəbiylə tanınır.
5
Oleq Deripaska. 1990-cı illərdə əlvan metalların ticarətiylə məşğul olan firmaya başçılıq edib, daha sonra Syanoqor alüminium zavoduna və Sibal qrupuna. 2000-də Rusal şirkətini yaradıb. 2008-də Forbes jurnalı Deripaskanı ən varlı rusiyalı adlandırıb, onun sərvəti 28.6 milyard dollar olub. Ötən ilin böhranından sonra o, 3.5 milyardlıq sərvətlə 10-cu yerə düşüb. Boris Yeltsininin kürəkəni Valentin Yumaşevin qızıyla evlənib.
6
Boris Yeltsin. 1991-ci il iyunun 12-dən Rusiyanın birinci prezidentidir, 1996-da yenidən seçilib. 1999 dekabrım 31-də istefaya gedib. 2007 aprelin 23-də ölüb.
7
Vladimir Jirinovski. 1992-dən LDPRə rəhbərlik edir. Dövlət Dumasına beş dəfə seçilib, dörd dəfə də prezidentliyə namizədliyini verib.
8
Gennadi Zyuqanov. 1993-dən Rusiyanın Kommunist Partiyasına rəhbərlik edir. Beş dəfə Dövlət Dumasına seçilib, üç dəfə prezidentliyə namizədliyini verib.
9
Mixail Kasyanov. 1991-dən Rusiya İqtisadiyyat Nazirliyinin xarici iqtisadiyyat şöbəsinə rəhbərlik edib. 1993-1999-da maliyyə nazirliyində şöbə müdirliyindən nazir postuna qədər yüksəlib. 2000-2004-də baş nazir olub. İstefasından bir il sonra müxalifətə keçdiyini elan edib, «Xalq-demokratik birliyi» hərəkatına rəhbərlik edib.
10
Aleksey Kudrin. 1996-dan prezident administrasiyasında, daha sonra Maliyyə Nazirliyində və RAO EES-də işləyib. 2000-dən baş nazirin müavini və maliyyə naziri, 2004-2007-də ancaq nazir, 2007-də yenidən baş nazirin müavini olub.

Bu siyahıya ümumilikdə 28 nəfər daxildir. Qalanların yalnız adlarını təqdim edirik: Aleksandr Lebed, Yuriy Lujkov, Valentino Matviyenko, Dmitriy Medvedev, Boris Nemtsov, Vladimir Potanov, Yevqeniy Primakov, Vladimir Putin, İqor Seçin, Vladimir Surkov, Vladimir Ustinov, Muixail Fridman, Mixail Xodorkovskiy, Viktor Çernomordin, Anatoliy Çubays, Mintimer Şaymiyev, Sergey Şoyqu, Qriqoriy Yavlinskiy.
XS
SM
MD
LG