Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

«Müdafiə Nazirliyində kütləvi ixtisarlar başlayıb»


«Bizim Yol»: «Hərbi komissarlıqda çalışanların əksəriyyəti işini itirib, bu sistemin ləğv olunması gözlənilir».

Hərbi Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədov: «Başa düşürlər ki, hərbi komissarlıq sistemi, sadəcə, dalandır və ondan yaxa qurtarmaq lazımdır».

«Azadlıq»: Bənənyarda yeni repressiya hədəsi

«Əli silahlı polislər kənd sakinlərinin qorxudurdular ki, Bakıdan gələcək nümayəndələrə şikayət etməsinlər».

«Yeni Müsavat»: Universitetlərdə qiymət alveri qızışır

«Semestr imtahanları vaxtı müəllimlərlə yanaşı dilənçilər də yaxşı qazanır».

«Şərq»: «Hələlik Ermənistan Türkiyə qədər addım atmayıb»

Rauf Mirqədirov: «Prinsipcə, hələ demək olmaz ki, Ermənistan Konstitusiya Məhkəməsinin protokolların uyğunluğu ilə bağlı qərar çıxarması kardinal dəyişikliklərdir».

«Bakı Xəbər»: Bakıda küçə ticarəti ilə məşğul olan uşaqların inhisarçı dəstələri yaranır

Erkən yaşda uşaqlar arasında başlanmış proses ekspertləri qorxuya salıb: «Bu işdə cinayət tərkibi olmadığına görə hansısa təsir göstərmək olmur».

«Azərbaycan»: Ötən il Naxçıvanın aqrar sektoru üçün uğurlu olub

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var.

«Yeni Azərbaycan»: Bələdiyyə seçkiləri beynəlxalq standartlar uyğun keçirilib

Deputat Jalə Əliyeva: «Yerli özünüidarəetmə orqanları ölkəmizin inkişafında fəal rol oynamaqdadır».
XS
SM
MD
LG