Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:43

Azərbaycanda insan haqları Norveçin nəyinə lazımdır?


Yanvarın 15-də "İşdən sonra" proqramında Norveç Krallığının Azırbaycandakı səfiri Yon Ramberq bu və Qərb-Azərbaycan münasibətləri, Bənənyar hadisələri haqda oxucuların və aparıcı Xədicə İsmayılovanın suallarına cavab verdi. Proqramın ikinci saatında həftənin siyasi mənzərəsi Atif Yunusla muzakirə edildi

Norveç səfiri ilə müsahibədən bir parça

Xədicə İmsayılova: Siz deyirsiniz ki, Bənəniyara oradakı vəziyyəti öyrənmək, həqiqətən də xəbərlərdə deyilənlərin baş verib-vermədiyini araşdırmaq üçün gedirsiniz. Bənənyarda baş verənlər haqqında indi nə düşünürsünüz?

Y.Ramberq: Biz heç nə deyə bilmirik. Çünki bizim kəndə girməyimizə, sakinlərlə danışmağımıza imkan verilmədi.

X.İsmayılova: İndi belə çıxır ki, Norveç diplomatlarının Bənəniyarda baş verənlər haqqında bəlli bir məlumatı yoxdur?

Y.Ramberq: Doğrudur, yoxdur.

X.İsmayılova: Amma elə ölkələrin diplomatları var ki, onların nəinki hansısa regiona, heç ölkənin özünə belə ayaq basmaq imkanı yoxdur, məsələn, İrana. Amma onlar həmin ölkədəki vəziyyəti kənardan da olsa, qiymətləndirirlər. Niyə Siz də eyni cür qiymətləndirə bilməzsiniz, yəni, sadəcə Bənənyara buraxılmamağınızın özü Sizə bir şey demirmi?

Y.Ramberq: Bu cür qiymətləndirmə təxminlərdən ibarət olardı. Amma əlbəttə, mən Sizin fikirlərinizlə razıyam ki, bizim kəndə girməyimizə imkan verilməməyimiz həqiqətən də orada nəsə baş verdiyinə bir işarədir.




Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberqlə müsahibəyə səs faylında qulaq asa bilərsiz

Norveç səfiri ilə müsahibənin davamını burada dinləyin:


Proqramın ikinci saatında Həftənin siyasi mənzərəsi

Politoloq Arif Yunus

XS
SM
MD
LG