Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:35

«Moskvadakı mətbuat konfranslarının təşəbbüskarı mən idim» [Yenilənib]


Lalə Şövkət Hacıyeva
Lalə Şövkət Hacıyeva
Yanvarın 21-də Moskvadan «Ocaq» Azərbaycan mədəniyyəti mərkəzinin rəhbəri Tofiq Məlikli AzadlıqRadiosu ilə əlaqə saxlayıb, Lalə Şövkətin söylədiyi fikirlərlə bağlı iradını bildirib.

Onun fikrincə, 20 yanvarda Moskvada təşkil olunan tədbirlər ümumi səylərin məhsulu olub və bu səyləri bir nəfərin adına yazmaq yolverilməzdir.



Liberal Partiyanın lideri Lalə Şövkət Hacıyeva deyir ki, 20 il əvvəl baş verən faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfranslarının təşəbbüskarı özü olub. O, keçmiş prezident Heydər Əliyevin 3 gündə təşkil etdikləri yeddi mətbuat konfransından yalnız birində – üçüncüsündə iştirak etdiyini deyir:

«Həmin vaxt Moskvadakı daimi nümayəndəmiz Zöhrab İbrahimov idi. Yanvarın 20-si səhər mən nümayəndəliyə gəldim, Zöhrab bəyə dedim ki, Azərbaycanda faciə baş verib, biz mütləq mətbuat konfransı keçirib bunu dünyaya çatdırmalıyıq. O, Bakı ilə əlaqə saxlayandan sonra dedi ki, tədbirin keçirilməsinə icazə verilmir».

Lalə Şövkət Hacıyeva deyir ki, azərbaycanlı ziyalıların və onun birgə təkidlərindən sonra mətbuat konfransı keçirilməsinə razılıq əldə edə biliblər. Lakin bu təşəbbüslərdə Heydər Əliyev iştirak etməyib:

«Təşəbbüskar mən idim. Mən bunu ona görə bu gün açıb deyirəm ki, gəlin, hər şeyi yerinə qoyaq. Heydər bəy ayın 21-də gəldi. O gün artıq üçüncü mətbuat konfransı keçirilirdi. Bu, tarixdir, mən istəyirəm ki, hər şey tarixdə dəqiqliyi ilə qalsın. Üç gündə yeddi mətbuat konfransı keçirdik, Heydər bəy onun üçüncüsünə gəlmişdi».
XS
SM
MD
LG