Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:15

Özünü yandırmış bənənyarlı İrandan evinə gətirilib


Naxçıvanın Bənənyar kəndində Aşura mərasimindən sonra polis zorakılığına etiraz olaraq özünü yandırmış və əməliyyat üçün İrana aparılmış Yunis Əliyev yanvarın 27-də gecə Bənənyardakı evinə gətirilib. O, müalicəsini evdə davam etdirəcək. Xəbəri AzadlıqRadiosuna Yunis Əliyevin Bakıda yaşayan bacısı Kəmalə Xəlilova verib:

«Yunisin səhhəti ağır olaraq qalır, onun əllərinə, ayaqlarına və belinə yeni dəri köçürüblər».

K.Xəlilova deyir ki, İranda xəstəxana xərcləri yüksək, ailəsi isə az imkanlı olduğundan Yunisin müalicəsinin evdə davam etdirilməsi qərara alınıb.

Kəmalə Xəlilova İran tərəfinin müalicəni öz üzərinə götürməsi barədə bəzi məlumatları «yanlış» adlandırır, deyir ki, əməliyyatın xərcini Yunis Əliyevin ailəsi, qohumları çəkib. Buna görə də Bənənyar camaatına, qohumlarına, eləcə də İran həkimlərinə öz təşəkkürünü bildirir.

Ötən il dekabrın 27-də Bənənyarda Aşura mərasimindən sonra kənd sakinlərindən bir neçəsi polisə aparılıb. Yunis Əliyev atasına işgəncə verilməsinə etiraz olaraq polisin gözü qabağında özünü yandırıb. Naxçıvanın Bakıdakı nümayəndəliyi onun həmin vaxt sərxoş olmasını, həm də ruhi xəstəlikdən müalicə olunmasını desə də, ailəsi bu məlumatları təkzib edir.
XS
SM
MD
LG