Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Hərbi hissədəki qətliamla bağlı vəzifəli şəxslər həbs olunub


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov
Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən «N» saylı hərbi hissəsində 6 hərbçinin ölümü ilə nəticələnən hadisəylə bağlı bir sıra vəzifəli şəxslər həbs olunub. Bu barədə Baş prokuror Zakir Qaralov məlumat verib.

Həbs edilənlər həmin hissənin divizion komandirinin müavini mayor Vələd Qurbanov və taqım komandiri baş leytenant Rüstəm Əhmədovdur.

Baş prokuror deyib ki, bu şəxslər 2010-cu il yanvarın 28-də tabeçilikdə olan taqım əsgərlərinə təmizləmələri üçün silahlar paylandıqdan sonra onların mühafizəsini təşkil etməyərək əsgərləri nəzarətsiz qoyub, onlara divizionun ərazisini tərk etmələrinə şərait yaradıblar. Həmin şəxslər hərbi xidmət üzrə vəzifələrinin icrası zamanı digər sui-istifadə hallarına yol veriblər.

Baş prokuror onu da deyib ki, cinayət işi üzrə digər təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgər avtomat silahla atış açaraq 4 hərbçini öldürüb, ikisini isə yaralayıblar. Sonra həmin əsgərlər özlərini güllələyib öldürüblər.

HƏMÇİNİN OXU

Ölən, yaralanan və bir-birini öldürən hərbçilərin adları açıqlandı

Hərbi hissədəki qətliamın bilinməyən məqamları

Mövzu ilə bağlı fikirlərinizi burada bildirə bilərsiniz
XS
SM
MD
LG