Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

İcazəsiz çəkilişə qadağadan kim itirir?


«KİV haqqında qanunun 60-cı maddəsinə belə bir dəyişiklik edilməsi əslində jurnalistlərin fakt toplamasının qarşısını alır.
«KİV haqqında qanunun 60-cı maddəsinə belə bir dəyişiklik edilməsi əslində jurnalistlərin fakt toplamasının qarşısını alır.
Şəxsin xəbəri olmadığı və ya etiraz etdiyi təqdirdə KİV təmsilçisi onun şəklini çəkə, səsini yaza, videoya çəkə bilməz.

Bu, KİV haqqında qanuna edilmiş dəyişiklikdir. Rəsmilər burda xüsusi bir dəyişikliyin olmadığını, sadəcə, ötən ilin martında keçirilən referendum zamanı Konstitusiyaya edilən əlavənin indi də qanuna tətbiq olunduğunu deyirlər.

Müstəqil media qurumları, ekspertlər isə narahatdılar. Nədən? Dəyişən nədir? Sıravi vətəndaş bu yenilikdən nə itirəcək?

İFADƏ AZADLIĞI POZULUR

Ələsgər Məmmədli deyir ki, həm Konstitusiya, həm də müvafiq qanunlar vətəndaşın özəl həyatını qoruyur, yenidən belə bir əlavə edilməsi isə ifadə azadlığını pozur:

Aləsgər Məmmədli
«KİV haqqında qanunun 60-cı maddəsinə belə bir dəyişiklik edilməsi əslində jurnalistlərin fakt toplamasının qarşısını alır.

Məsələn, ona bir mənbədən informasiya gəlir ki, hansısa bir məmur hardasa bir sövdələşmə aparacaq. Yəni korrupsiya əməli baş verəcək. Jurnalist isə bunu araşdırmalıdır. Həmin adamı gizlicə təqib edəndə polis onu saxlasa ki, adamın icazəsi olmadığı halda onu izləyirsən, bu, KİV azadlığının yoxluğundan xəbər verəcək».

Son bələdiyyə seçkisində AzadlıqRadiosunun müxbiri bir qrup seçicinin bir neçə məntəqədə səs verməsini video kamera ilə çəkmişdi, beləliklə də seçkidə karusel əməliyyatından istifadə olunduğunu üzə çıxarmışdı.

«ŞƏXSİN İCAZƏSİ OLMADAN» İLƏ «ŞƏXSİ HƏYAT» EYNİDİRMİ?

Ələsgər Məmmədli deyir ki, seçki vaxtı bir məntəqədə səs verib sonra başqa məntəqəyə keçən seçicinin təqibi artıq qanunsuz sayılacaq.

Halbuki, burda jurnalist ictimai əhəmiyyət daşıyan saxtakarlıq faktının aşkarlanması üçün informasiya toplayır:

«60-cı maddəyə təklif edilən dəyişiklikdə «şəxsi həyat» sözü ümumiyyətlə yoxdur. Yazılıb ki, «şəxsin icazəsi olmadan»… Şəxsin icazəsi olmadan baş verən hadisə şəxsi olmaya da bilər, ictimai fəaliyyətlə bağlı ola bilər. Bunu bir-birindən ayırd eləyən norma olmadığı üçün qadağanı ümumi qəbul ediləcək».

Jurnalist Şahvələd Çobanoğlu hesab eləyir ki, bu dəyişiklik KİV təmsilçilərinin açıq fəaliyyətinin də qarşısını almağa yönəlib:

Şahvələd Çobanoğlu
«Hətta Konstitusiyaya edilən dəyişiklik də bu qədər təhlükəli deyil. Bu, açıq-açığına jurnalist fəaliyyətinin qabağını almağa yönəlib».

DƏYİŞİKLİYƏ BEYNƏLXALQ ƏSAS


Millət vəkili Rəbiyyət Aslanova fevralın 12-də parlamentdə qanun dəyişikliyi ilə bağlı çıxışında bildirib ki, adamların razılığı olmadan onlar haqqında məlumat toplanması və ya çəkiliş aparılmasını elə Jurnalistlərin Beynəlxalq Etik Kodeksi də qadağan edir. Buna görə də o, həmkarlarını dəyişikliyə səs verməyə çağırıb:

«Bu gün buna qarşı çıxmaq Konstiusiyanın müddəasına qarşı çıxmaq, referendumda buna səs verən insanlara qarşı çıxmaq deməkdir».

Milli Məclis üzvü Pənah Hüseyn isə bununla razılaşmır, o deyir ki, əslində, qanunvericilikdə Konstitusiyaya edilən dəyişkliyə uyğun korrektə aparmaq olar, amma sözügedən dəyişiklik bu mənanı ifadə etmir, əksinə, total qadağalara yol açır:

Elmira Axundova
«Konstitusiyadan bu çıxmır, bu gün biz total məhdudiyyətləri, total istisnaları müəyyən etmiş oluruq».

DEPUTATLARA DA AYDIN OLMAYAN MƏQAMLAR

Elmira Axundova isə «şəxs» dedikdə kimin nəzərdə tutulduğunun açıqlanmasını istəyir:

«Mən Əli Hüseynovla da danışanda o dedi ki, bu bənd bizlərə, yəni millət vəkillərinə, dövlət məmurlarına aid deyil. Biz ictimai işlərlə məşğuluq. Biz hər an izlənə, çəkilə bilərik. Bu, sıravi adamlar haqqındadır. Belə olan halda o, istisnaları qeyd eləməliyik ki, kimə aid deyil».

KİV haqqında qanunun 60-cı maddəsinə əlavə olunan bəndin ciddi tənqidlərinə baxmayaraq, parlament yeddi nəfər əleyhinə olmaqla düzəlişi qəbul edib.
Bir necə jurnalist təşklatı və qəzet rəhbərliyi isə ölkə prezidentinə müraciət edərək bu bəndin müvafiq qanuna əlavə edilməsinin qarşısını almağa çağırıb.
XS
SM
MD
LG