Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:35

Tələbənin Neft Akademiyasından qovulmasına etiraz edirlər


Gənclər «Elmin bu pula qurban gedib» şüarını da səsləndirib
Gənclər «Elmin bu pula qurban gedib» şüarını da səsləndirib
Neft Akademiyasından xaric edilən tələbə Elmin Bədəlovun hüquqlarını müdafiə komitəsi fevralın 19-da Akademiya qarşısında aksiya keçirib.

Gənclər Neft Akademiyasından xaric edilən 4-cü kurs tələbəsi Elmin Bədəlovun yenidən imtahan verməsi üçün imkan yaradılmasını və ya onun Akademiyaya bərpa olunmasını tələb ediblər.

«Azad və güclü təhsil naminə», «Haqsızlıq bizə çatmamış onu durduraq» və s. şüarlarla keçirilən aksiyada əlində dollar şəkli tutan gənclər «Elmin bu pula qurban gedib» şüarını da səsləndirib.

Aksiya iştirakçıları bildiriblər ki, Elmin Bədəlov Akademiyadakı rüşvət və korrupsiya hallarından yazdığına görə cəzalandırılıb.

Neft Akademiyasından çıxan müəllimlərin hamısı aksiya iştirakçıları ilə təmasdan və onların suallarına cavab verməkdən yayınıblar.

Gəncləri Akademiya rəhbərliyində də qəbul edən olmayıb.

Elmin Bədəlov bu ilin yanvarında Neft Akademiyasından xaric edilib.

Dekan Qasım Məmmədov tələbənin 3 imtahan kəsirinə görə Akademiyadan xaric olunduğunu bildirib. Elmin Bədəlov isə bununla razılaşmır. O, akademiyadan xaric edilməsini buradakı rüşvət və digər qanunsuzluqlar barədə yazılar yazmasıyla əlaqələndirir.
XS
SM
MD
LG