Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Karaciç müsəlmanları və Almaniyanı ittiham edir


Radovan Karaciç
Radovan Karaciç
1992-1995-ci illərdə Bosniya serblərinin lideri olan Radovan Karaciç Haaqa Tribunalında öz müdafiə çıxışında müdafiədən çox ittihama keçib ki, Yuqoslaviyanı parçalayan Almaniya olub, vaxtından qabaq Xorvatiya və Sloveniyanın müstəqilliyini tanımaqla vətəndaş müharibəsini qaçılmaz edib.

Prokurorun dediyi kimi, «İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qırğında» ittiham olunan Karaciçə qarşı Beynəlxalq Tribunal 11 ittiham irəli sürüb. Bunlardan ikisi soyqırımı ittihamıdır.

Karaciç Sarayevo şəhərinin mühasirəsi zamanı törədilən vəhşiliklərə və 1995-ci ildə BMT-nin təhlükəsizlik zonasında olan müsəlman anklavı Srebrenisada 8 min silahsız müsəlman kişini və oğlan uşağını qırmağa rəhbərlikdə ittiham olunur.

"MÜSƏLMANLAR DA BOSNİYA SERBLƏRİNİ 500 İL QIRIBLAR"


Sarayevonun 44 günlük mühasirəsi zamanı yüzlərlə məhbusa işgəncə verilib və öldürülüb. Sarayevoda 10 min adam qırılıb.

İttihamlar sübut olunsa, Karaciçi ömürlük həbs gözləyir.

Karaciç müdafiə çıxışında Sarayevo və Srebrenisa qırğınlarına birbaşa toxunmayıb, ancaq müsəlmanlara hücuma keçib. O deyib ki, müsəlmanlar da Bosniya serblərini 500 il qırıblar.

Karaciç deyib: «Gec-tez öləcək bir adam kimi mən bura özümü müdafiə etmək üçün çıxmamışam. Mən kiçik Bosniya və Herseqovinanın böyüklüyünü müdafiə etmək üçün çıxmışam. Bosniya və Herseqovina 500 il əziyyət çəkib, ancaq özünü və azadlığını qoruya bilib».

Karaciç müdafiə çıxışında deyib ki, 1990-cı illərdə Balkanlardakı müharibəyə serblərin və Bosniya serblərinin siyasəti və niyyəti səbəb olmayıb.
Srebrenisada 8 min silahsız müsəlman qətlə yetirilib
Müharibəyə aparan xorvatların və Bosniya müsəlmanlarının liderlərinin suverenlik və müstəqillik istəyi olub.

BİR MİLYON SƏHİFƏLİK CİNAYƏT İŞİ

Karaciç Qərbi ittiham edib ki, qıraqdan bu separatizmə dəstək verməklə Yuqoslaviyanın parçalanmasına apardılar.

Karaciç martın 1-i Tribunalın 26 fevral qərarına da etirazını bildirib.

Dörd ay bundan qabaq Karaciç öz məhkəməsini boykot etdi. O bildirdi ki, Tribunalın təyin etdiyi britaniyalı vəkil Riçard Harveylə əməkdaşlıq etməyəcək və məhkəmənin iyun ayına kimi təxirə salınmasını istədi.

Ancaq keçən cümə günü məhkəmənin 3 hakimi məhkəmənin yaya kimi təxirə salınması haqda Karaciçin istəyini rədd etdi. Məhkəmə bildirdi ki, Karaciç vəkillə əməkdaşlıq etməsə, bunu nəticələrinin məsuliyyəti onun üzərinə düşəcək.

Karaciç bu gün də təkid edib ki, onun bir milyon səhifədən çox cinayət işini oxumasına vaxt lazımdır.

Karaciçə qarşı cinayət işinə keçən oktyabrdan bəri 415 min səhifə yeni material əlavə olunub.

Srebrenisa Anaları Assosiasiyası məhkəməyə müraciət edib ki, Karaciçin məhkəməsini təxirə salmasın.

Çərşənbə günü Tribunalda şahidlər ilk ifadələrini verməyə başlayacaq.
XS
SM
MD
LG