Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:44

«Times» erməni soyqırımı iddiası haqda


Norman Stoun
Norman Stoun
Oksford Universitetində müasir tarix professoru Norman Stoun Londonun «Times» qəzetində yazır: «Osmanlı Türkiyəsində erməni faciəsi haqda ən düzgün sözü 1894-cü ildə İstanbulda erməni patriarxı Aşikyan söyləyib.

1915-ci il hadisələrindən hələ 21 il qabaq Aşikyan İstanbulun əsas erməni kilsəsində ibadət vaxtı deyirdi: «Biz türklərlə min illərdir yanaşı yaşamışıq, böyük rifaha nail olmuşuq. Əgər millətçilər bu elədikləri kimi (terror kampaniyasına başlamaq – «Times»ın qeydi) hərəkətlər eləmək yolunu tutsalar, onda milləti məhv edəcəklər».

Patriarx haqlı çıxdı. Ancaq erməni millətçilər onu və belə danışan başqa erməniləri güllələdilər.

İndi Amerikanın Nümayəndələr Palatasının komitəsi 1915-ci ildə baş verənlərə soyqırımı deyir.

Komitə haqlıdırmı?

Birinci Dünya müharibəsi başlayanda ermənilər də ayağa qalxdılar və bugünki Türkiyənin bir çox yerlərində sonda ölümlərə aparan deportasiyaya məruz qaldılar.

Ancaq bu, soyqırımıdırmı? Əgər soyqırımı Hitlerin etdiyidirsə?...

ERMƏNİ LİDERİ HÖKUMƏT ÜZVLÜYÜNDƏN NİYƏ İMTİNA ETDİ?

1914-cü ilin oktyabrında ermənilərlə problemi birdəfəlik yoluna qoymaq üçün ermənilərin liderinə Türkiyə hökumətinin üzvü olmaq təklif olundu.
Ancaq o, bu təklifdən imtina etdi. Erməni liderinin izahı maraqlıdır. O dedi ki, Türkiyə hələ inkişaf edib, bu həddə çatmayıb.

Türkiyə həmin 1915-ci il hadisələrinə görə 1600 adamı məhkəmə qarşısına çıxartdı və qubernatoru cəzalandırdı.

1918-ci ildən sonra Türkiyə arxivlərini 4 il araşdıran britaniyalı burda soyqırımını sübut edən bir sənəd belə tapmayıb.

Ancaq fransız məktəbində işləmiş bu britaniyalının araşdırması yaddan çıxdı.

Osmanlı Türkiyəsi imperiya kimi dağılanda, o biri imperiyalar dağılanda olduğu kimi hamı əzab çəkib, hamı qırılıb. O vaxtkı xəstəliklər, qırğınlar Türkiyənin şərqindəki əhalisinin üçdə birini məhv edib, milliyyətindən asılı olmayaraq.

Hər bir türk bilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə dəhşətli hadisələr olub. Ancaq konqresmenlər bu qədər qırılan arasında təkcə erməniləri ayırıb-seçəndə, bu türklərin doğrudan da xətrinə dəyir».
XS
SM
MD
LG