Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47

«Azərbaycanda ifadə azadlığı ilə bağlı geriyə növbəti addım»


Hollandiyada bloqqerlər Emin Milli və Adnan Hacızadəyə dəstək aksiyası
Hollandiyada bloqqerlər Emin Milli və Adnan Hacızadəyə dəstək aksiyası
«Azərbaycan hakimiyyəti 2009-cu ilin iyulunda səhnələşdirilmiş insidentdən sonra həbs olunmuş bloqqerləri azadlığa buraxmalıdır».

Bu bəyanatla «Human Rights Watch» təşkilatı çıxış edib.

Qurumun Cənubi Qafqaz üzrə tədqiqatçısı Qiorqi Qoqianın sözlərinə görə, «Apellyasiya məhkəməsinin qərarı Azərbaycanda ifadə azadlığı ilə bağlı geriyə növbəti addımdır».

O deyib ki, bu məhkəmə işi öz fikrini açıq söyləyən jurnalistlərə və fəallara qarşı hazırlanmış qondarma ittihamlar üzərində qurulub və Emin Milli ilə Adnan Hacızadənin həbsdə saxlanılması hakimiyyətin ifadə azadlığına qarşı dözümsüzlüyünün bariz nümunəsidir.

Bəyanatda o da vurğulanır ki, Azərbaycanda müstəqil jurnalistlər mütəmadi olaraq sıxışdırılır, hədələnir, döyülür və diffamasiya və digər cinayət əməllərində təqsirli bilinərək azadlıqdan məhrum edilirlər.

«Hazırda az 3 belə jurnalist qondarma ittihamlar əsasında həbsdədir».
XS
SM
MD
LG