Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus


Leyla Yunus
Leyla Yunus
(ABŞ Dövlət Departamentinin 2009-cu ildə Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatına rəy.)








Dinləyin


Bu hesbat reallığı tam göstərə bilımir. O mənada ki, vəziyyət o qədər dəhşətli, o qədər ağırdır, hər şeyi yazmaq mümkün deyil.

Əsas məsələ odur ki, vəziyyət ildən-ilə, aydan-aya pisləşir. Onlar bu tendensiyaları göstərirlər. Onlar əsas məqamları – Azərbaycan vətəndaşlarının öz həyatlarını müdafiə edə, işgəncədən qoruna bilməmələrini, azad məhkəmənin olmamasını, dustaqların çox pis vəziyyətdə olmasını, ölmələrini, demokratik azadlıqlar boğulmasını qeyd edirlər.

Bu hesabatlar vətəndaşların fikirlərinə təsir edir. Çünki Azərbaycan cəmiyyətində iki fikir formalaşıb. Birinci fikrə görə Qərb ölkələri, başda da ABŞ olmaqla ancaq energetika ilə, neft, qaz, Azərbaycanın geopolitik siyasəti ilə məşğuldur, onlara insan hüquqlarının vəziyyəti maraqlı deyil.

İkinci fikrə görə isə yox, ABŞ Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətini diqqətində saxlayır, onlar buna görə narahatdırlar, tələb edirlər ki, insan hüquqları qorunsun. Amma Azərbaycan iqtidarına təsir etmək çox çətindir.

Bu cür açıq, doğru hesabatlar ABŞ-ın Azərbaycanda nüfuzunu yüksəldir, ona hörmətin saxlanmasına kömək edir.

Mən belə hesab edirəm ki, bugündən sonra ABŞ təkcə hesabatlarında deyil, Azərbaycanla münasibətlərdə real siyasətini də dəyişdirəcək. Və “Washington post”, “New York Times” kimi qəzetlərdə, radiolarda Azərbaycanda insan hüquqlarının vəziyyətinin ağırlığı öz əksini tapacaq.
XS
SM
MD
LG