Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Milli Təhlükəsizlik naziri Elmar Hüseynovun qətlilə bağlı yazıları «böhtan» adlandırıb


Milli Təhlükəsizlik naziri Eldar Mahmudov
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Elmar Hüseynovun qətlilə bağlı bəzi mətbuat orqanlarında gedən açıqlamaları «böhtan» adlandırıb.

«Azərbaycan» qəzetinə müsahibəsində nazir deyib ki, Elmar Hüseynovun qətlilə bağlı istintaqın başa çatdırılması prinsipial məsələdir. Nazir cinayətin əsas iştirakçılarının məlum olduğunu və onların gec-tez tutulub istintaqa təhvil veriləcəyini deyib.

Nazirin sözlərinə görə, qətlin törədilməsində Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin iştirakçılığı sübuta yetirilib. 2005-ci ilin mayından isə barələrində «İnterpol» xəttilə axtarış élan edilib.

Eldar Mahmudov həmin şəxslərin tutulub Azərbaycana verilməsilə bağlı Gürcüstan Baş Prokurorluğuna 6 vəsatət göndərildiyini, qətllə bağlı indiyə qədər 600-dən çox şahidin dindirildiyini deyib.

Bu günlərdə həbsdə olan «Realnıy Azerbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Elmar Hüseynovun qətlində MTN zabitinin əli olduğunu bəyan edib.

Elmar Hüseynovun qətlilə bağlı Eynulla Fətullayevin açıqlamalarını yaydığına görə, bu günlərə bir nəçə jurnalist nazirliyə çağırılıb. Jurnalistlər Elmar Hüseynovun qətlilə bağlı şahid qismində dindirilib və onlara həmin yazılarla əlaqədar xəbərdarlıq edilib.

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 5 il əvvəl yaşadığı mənzilin blokunda qətlə yetirilib. Ona 7 güllə vurulmuşdu.
XS
SM
MD
LG