Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Nobel mükafatlı yazıçını ruhi xəstə adlandıran kimdir?


“Avropanın keçmiş kommunist ölkələrində hələ də sabiq casuslar yüksək vəzifələr tutmaqdadırlar. Avropa Birliyi isə buna göz yumur”.

2009-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatının sahibi - alman yazıçısı Herta Müller bunu Belçikada öz kitabının təbliğ etmək üçün səfərdə olarkən jurnalistlərə deyib. (“EU Observer”)

Yazıçı keçmiş kommunist ölkələrinin Avropa Birliyinə “sadəlövhcəsinə” tələsik üzv qəbul edilməsini düzgün saymır. Onun fikrincə, həmin ölkələr əvvəlcə

ÖZ KOMMUNİST KEÇMİŞLƏRİNİN FƏSADLARINI ARADAN QALDIRMALI İDİLƏR

“Məsələn, mən bilirəm ki, Rumıniyada vaxtilə təhlükəsizlik orqanları üçün casusluq etmiş xeyli adam indi yüksək vəzifə tuturlar. Heç bir maneəsiz-filansız. Cəmiyyət isə buna biganədir”.

Rumıniyada doğulmuş və sonradan Almaniyaya mühacirət ermiş yazıçı öz əsərlərində vaxtilə Rumıniyanını kommunist rejiminin, xüsusən də onun təhlükəsizlik orqanı olan “Securitate”nin təqib və təzyiq metodlarından danışır.

H.Müller Brüsseldəki “Passa Porta” Ədəbiyyat Evində keçirdiyi mətbuat konfransında bildirib ki, “Keçmiş casuslar rumın cəmiyyətində elə bir nüfuz sahibi olublar ki, bir zamanlar təmsil olunduqları güclü şəbəkəni demək olar ki, bərpa edə biliblər.

"Həmin şəbəkədə

ONLAR BİR-BİRİNİ TANIYIR VƏ BİR-BİRİNƏ XİDMƏT EDİRLƏR

Sadəcə indi şərait başqadır, onlar başqa formada təşkilatlanıblar - bu dəfə sosializm olmadan”.

Yazıçının – haqqında danışdığı keçmiş casuslardan biri də Radu Tinudur.

O, vaxtilə “Securitate”nin Timişoara şəhərindəki bölməsində yüksək vəzifə tutub. Həmin şəhərdə yaşayan H.Müllerin evində gizli mikrofonların quraşdırılmasına məsul olub.

İndi o, Avropanın böyük sığorta şirkətlərindən birinin Rumıniya ofisinin rəhbəridir.

Cənab Tinu keçən il bildirib ki, Nobel mükafatı alan yazıçı ruhi xəstəlikdən əziyyət çəkir, təhlükəsizlik orqanlarının ona qarşı fəaliyyətini şişirdir.

O hətta mükafata əslində “Securitate”nin layiq olması barədə zarafat da edib.

“Bu mənim əsəblərimə toxunur. Amma məni əsəbiləşdirən

ONUN MÖVCUDLUĞU YOX, BELƏ BİR YÜKSƏK VƏZİFƏ TUTMASIDIR

Necə olub ki, Avstriyanın ən böyük sığorta şirkəti olan “Staedtische Versicherung” belə adamlara vəzifə verir, o, sərbəst şəkildə bütün qəzetlərdə belə ifadələr işlədir.

Məsələn, Almaniyada belə şey mümkün deyil”.

57 yaşlı yazıçı deyib ki, Nobel mükafatına layiq görülməsi ona “diktatura mövzusunu diqqət mərkəzinə gətirmək imkanı verib”.

O bildirib ki, Nobel mükafatçısı olduğu üçün indi ona daha çox adam qulaq asır. “Mən bu mükafatdan belə istifadə etməyə çalışıram”.

Həmçinin oxu
Herta Müllerin ərini güdmüş şəxs işdən çıxarıldı
Herta Müller Nobel mühazirəsində sual verdi: ƏL DƏSMALIN VARMI?
XS
SM
MD
LG