Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:58

Əli Hüseynov: «Siz məsələni şişirdirsiniz»


Əli Hüseynov
Əli Hüseynov
«Məncə siz məsələni şişirdirsiniz». Aprelin 30-da «İşdən sonra»da YAP – dan millət vəkili və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov AzadlıqRadiosunun və dinləyicilərin suallarını cavablandırıb.

Əli Hüseynov ADNA – dakı qətliamın anım mərasimində baş verənlərə münasibət bildirib:

- Mən həmin hadisələrin təfərrüatlarını bilmirəm. Mənə elə gəlir ki, siz mövzunu həddindən artıq şişirdirsiniz. Onlar tutulublarsa, haqlarında prosessual qanunvericiliyə uyğun olaraq hər hansı bir addımlar atılırsa, vəkilə müraciət etməli, bütün hüquqlardan istifadə etməlidirlər. Vətəndaşın gül qoymaq elementində hüquqları pozulubsa, məsələnin nəticəsindən asılı olaraq məhkəmə orqanlarına müraciət etməlidir.

Əli Hüseynov aksiyada mülki geyimli şəxslərin iştirakı barədə də fikrini bildirib:

- Hesab edirəm ki, mülki geyimli şəxs digər vətəndaşa qarşı zor tətbiq edirsə, bu, pozuntudur, bunu araşdırmaq lazımdır.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU:

GÜLDƏN QORXAN POLİS...
XS
SM
MD
LG