Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:13

Abdullah Gül «Twitter»ə üzv olub


Türkiyə prezidenti Abdullah Gül
Türkiyə prezidenti Abdullah Gül
Müasir texnologiyaya marağı ilə tanınan Türkiyə prezidenti Abdullah Gül dünyanın ən böyük sosial xəbərləşmə saytı olan «Twitter»ə üzv olub.

Bu barədə xəbəri yayan «Axşam» qəzetinin məlumatına görə, prezident, üzv olduğu «Twitter» vasitəsi ilə proqramlarını və o an harada olduğunu saytın üzvlərinə bildirməklə qalmır, sayta girərək şərhlər də yazır. Məsələn, mayın 14-də Aydın vilayətində olan Abdullah Gül, oradakı proqramı ilə bağlı olaraq «Twitter»ə bunları yazıb:

«14 may həqiqi demokratiyaya keçməyimizin ildönümdür. Bu tarixdə Aydında olmağımız o baxımdan önəmlidir».

Bu sözlərlə prezident Gül, Türkiyədə 14 may 1950-ci ildə keçirilən seçkidə təkpartiyalı ıqtıdar dövrünün dəyişdiyinə işarə edib.

Türkiyə prezidentinin Twitter səhifəsi iki gündən bəri fəaliyyətdə olduğuna görə, hələlik, səhifənin çox ziyarətçisi yoxdur. Ancaq Abdullah Gülün CNN və BBC-nin «Twitter» səhifələrini yaxından təqib etdiyi bildirilir.

Abdullah Gül və Türkiyənin birinci xanımı Hayrünnisa Gül internetə yaxın maraqları ilə tanınırlar. Hayrünnisa Gül mobil telefonuna yüklədiyi kitabları oxuyur. Gül ailəsi İstanbulda yaşayan qızları və ABŞ-da yaşayan oğulları ilə 3G, MSN və Skype ilə əlaqə saxlayır.

Türkiyənin VIII prezidenti Özal ölkəyə bilgisayar texnologiyasını gətirən siyasətçi olaraq xatırlanır. Bilgisayara güclü marağı olan Özal kompyuter proqramçıları ilə rəqabəti sevərdi.

Özaldan sonra prezident Abdullah Gül, Türkiyənin bilgisayar sahəsindəki inkişafı məsələlərinə dəstək verir. Prezident Gül, Çankaya iqamətgahında «kağızsız yazışma mühiti»nə keçilməsi üçün təlimat verib.
XS
SM
MD
LG