Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:56

«Hakimiyyət seçki komissiyalarının tərkibinə yenidən baxmalıdır»


Bəşir Süleymanlı
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşı Bəşir Süleymanlı deyib. Onun sözlərinə görə, bitərəflər anlayışı model kimi bundan əvvəl də Seçki Məcəlləsinə salınmışdı. Ancaq bu model özünü doğrultmayıb.

Seçki eksperti bildirib ki, postsovet ölkələrində seçki islahatları aparılarkən seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşması önə çəkilir. O, bunu uğurlu model hesab edir.

Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər isə bildirib ki, rəsmi Bakı buna hazır deyil: «Hakimiyyət orqanları düşünür ki, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi indiki hakimiyyətə təhdiddir».

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə deyib ki, ATƏT-in verdiyi tövsiyələri Azərbaycan hakimiyyəti həmişə qulaqardına vurub.



HƏMÇİNİN OXU

ATƏT PREZİDENT ADMİNİSTRASİYASINI TƏƏCCÜBLƏNDİRİB
XS
SM
MD
LG