Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Hacıqabulun Talış kəndinə doğru ilk bənd yarılıb


Kür çayı Hacıqabul rayonunun Talış kəndi istiqamətində birinci qoruyucu bəndi yarıb

APA-nın xəbərinə görə, hadisə mayın 20-də gecə saatlarında baş verib. Əraziyə cəlb olunan çoxsaylı texnika və canlı qüvvə bənd bərkitmə işləri aparır.

Bakını su ilə təchiz edən əsas kəmər həmin kənddən keçir. Ancaq Kürün bəndi yarmasının su kəməri üçün təhlükəsi yoxdur.

ANSPRESS-in bölgə müxbirinin məlumatına görə, Sabirabad rayonunda Kürün səviyyəsi 4 santımetr yüksəlib. Kürün Salyan rayonundan keçən hissəsində isə əksinə enmə müşahidə olunub. Burada çayın səviyyəsi 18 santimetr aşağı düşüb. Bundan başqa, Kür çayının sahilindəki kəndlərdə qrunt suları da qalxmağa başlayıb. Artıq burada 1 metrə qədər qalxma müşahidə olunub.
XS
SM
MD
LG