Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:01

Kür 3 rayonu qazsız qoyub


Kür çayında baş vermiş sel Azərbaycanın 3 rayonunun qaz təchizatının dayandırılmasına səbəb olub.

Bu barədə APA-ya Dövlət neft Şirkətindən məlumat verilib.

Kür çayında yaranmış daşqınlar nəticəsində Astara-Qazıməmməd magistral qaz kəmərində yaranan güclü qaz sızması ilə əlaqədar fövqəladə hal kimi mayın 24-dən Sabirabad, Saatlı və İmişli rayonlarının təbii qaz təchizatı dayandırılıb. ARDNŞ bildirir ki, həmin rayonlara mavi yanacağın verilişi təbii fəlakətin nəticələri aradan qaldırıldıqdan sonra bərpa olunacaq.

Bakının bəzi əraziləri də daxil olmaqla, Azərbaycanın bəzi rayonlarına təbii qazın verilməsində də məhdudiyyət olacaq.

Yeni çəkilmiş daşıyıcı qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar mayın 25-i saat 09:00-dan 16:00-dək Goranboy Qazpaylayıcı Stansiyasından rayonu təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin, həmçinin təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək Ucar Qazpaylayıcı Staniyasının qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Goranboy rayonun mərkəzi hissəsinə, eyni zamanda Ucar rayonunun mərkəzi və ətraf kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bu gün qaz ölçü qovşaqlarında diafraqmaların dəyişdirilməsi məqsədi ilə saat 10:00-dan Yevlax-I, Yevlax-II, Ağdaş-I, saat 11:00-dan etibarən isə Şimal, Buzovna və Zığ Qazpaylayıcı Staniyalarının qaz təchizatı da dayandırılacaq. Diafraqma dəyişdirilən müddətdə Ağdaş, Yevlax şəhərlərinin, Sahil qəsəbəsinin, eləcə də Aeroport-2 və C.Naxçıvanski adına hərbi liseyin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Baş vermiş saat 10:00-dan 18:00-dək Maştağa Qazpaylayıcı Staniyasından qidalanan Maştağa-Nardaran orta təzyiqli 530 mm-lik qaz kəmərinin qaz təchizatının dayandırılması ilə əlaqədar Maştağa qəsəbəsinə və Albalıq deyilən əraziyə təbii qazın nəqlində fasilələr olacaq.
XS
SM
MD
LG