Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:44

İsrail 10, Türkiyə 15 nəfərin öldüyünü deyir



İsrail hərbi dəniz qüvvələri azı 10 nəfərin öldüyünü təsdiqləyib.

Türkiyə tərəfi isə azı 15 nəfərin öldürüldüyünü və ölənələrin çoxunun türk olduğunu deyir.

Donanma 10 min tonluq yardım və 700 fələstin tərədarı aparırdı.

İsrailin xarici işlər nazirinin müavini Danni Ayalon deyib ki, bu gün gəminin göyərtəsində silah tapılıb.

İsrailin İstanbuldaki səfirliyinin qarşısında etiraz aksiyası başlayıb.

Ankarada Türkiyə hökumətinin təcili iclacı çağrılıb.

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas İsrailin əməlliyatını "qırğın" adlandırıb.

Avropa Birliyinin xarici əlaqələr üzrə məsulu Katherina Eşton bu gün İsrail rəhbərliyindən bu hücümla bağlı məlumat tələb edib.



İsrail ordusu bu gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib.

Əl-Cəzirə peyk kanalı məlumat verir ki, Türkiyədən gələn gəmi İsrailin hərbi-gəmi qüvvələrinin hücumuna məruz qalıb. Gəmi kapitanı yaralanıb.

Türkiyə televiziyaları məlumat verir ki, hücum nəticəsində azı iki adam ölüb.

Humanitar yardım aparan gəmilər İsrailin sahil sularından uzaqda olub.

İsrail rəsmiləri açıqlama verməkdən imtina ediblər.

Humanitar gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər də var.

Türkiyə mətbuatı xəbər verir ki, İsrailin Ankaradakı səfiri Gaby Levi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Yaxın saatlarda Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının yayılması gözlənilir. İstanbulda İsrail konsulluğunun qarşısında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası başlayıb.


Türkiyə xarici işlər nazirliyinin rəsmi saytında bildirilir ki, Ankara Qəzza xalqına humanitar yardım aparan və göyərtəsində yaşlı, qadın və uşaqlarla bərabər, çoxlu mülki şəxsin olduğu gəmilərə İsrail ordusunun güc tətbiq etməsinə, nəticədə ən azı 2 nəfərin ölməsi və 30 nəfərdən çox insanın yaralanmasına ən ağır şəkildə etirazını bildirir.

Nazirliyin notasında vurğulanır ki, İsrail bu hərəkəti ilə insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha ortaya qoyub.

Nazirlik bildirir ki, açıq dənizlərdə baş verən, beynəlxalq hüququn kobud surətdə pozulmasına yol açan bu olay Türkiyə-İsrail münasibətlərində düzəldilməsi mümkün olmayan nəticələr doğuracaq. İsrailin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan təcili izahat tələb edilir.

Türkiyə xarici işlər nazirliyinin notasında deyilir ki, hücumun səbəbi nə olursa olsun, barış məqsədi güdən mülki insanlara qarşı belə hərəkət qəbul edilə bilməz və İsrail bu hərəkətinə görə cavab verəcək.

HƏMAS Qəzza sektorunda 3 il əvvəl hakimiyyətə gəlib və bundan sonra İsrail Qəzza zolağını blokadaya alıb. İsrail humanitar yük daşıyan gəmiləri Qəzza sektoruna buraxmayacağını bəyan etmişdi.
XS
SM
MD
LG