Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:58

İsrailin Bakıdakı səfiri: «Bu, beynəlxalq təşkilatlardan birinin təxribatıdır»


İsrail hərbçiləri yaralıları daşıyır, 31may 2010.
İsrail hərbçiləri yaralıları daşıyır, 31may 2010.
«İsrail-Türkiyə arasında baş verən proses beynəlxalq təşkilatlardan birinin təxribatıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İsrailin Bakıdakı səfiri Mixail Lavon Lotem deyib.

Səfir bildirib ki, niyə Qəzza sektoruna yardım aparan beş gəminin hamısında İsrail əsgərləri olduğu halda, yalnız bir gəmidə - IHH təşkilatı tərəfindən təşkil olunmuş gəmidə bu hadisə baş verdi?

«Bu sualın cavabı həmin təşkilatdan soruşulmalıdır».

Bütün bu olanları 120 faiz təxribat adlandıran səfir deyib ki, bu, Türkiyənin təxribatı deyil.

Mixail Lavon Lotem bildirib ki, hazırda baş verənlərlə bağlı İsraildə araşdırmalar gedir:

«Bütün olanları cəmiyyətə çatdırmaq bizim öz marağımızdadır ki, detallar aydın şəkildə bilinsin».

Səfir deyib ki, bütün olanlara rəğmən Bakıda özünü təhlükəsiz hesab edir.

Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (Türksan) rəhbəri Sinan Ogan isə bidirib ki, Türkiyəyə görə olanlar təxribat deyil. İsraili bütün hallarda haqsız sayan politoloq deyib ki, Türkiyə belə bir nəticə olacağını əvvəlcədən planlaşdırmalı və gəmilərin ora getməsini əngəlləməliydi.


/Hazırladı: Kamran Mahmudov/

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG