Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:06

Neftçilərin maaşından 2 % nəyə görə tutulur?..


İşçilərə deyiblər ki, iki faiz onların maaşından hər ay tutulacaq
İşçilərə deyiblər ki, iki faiz onların maaşından hər ay tutulacaq
«Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) işçiləri məcbur edib ki, Kür-Araz daşqınlarından zərər çəkənlərə yardım üçün hər biri maaşının iki faizini versin. Bəzi işçilərə isə deyiblər ki, maaşlarını Silahları Qüvvələrə Yardım Fondu üçün kəsiblər».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, bununla bağlı son günlər onlara çoxlu müraciət daxil olub:

«Dövlət Neft Şirkəti 4 milyon manat verdi, at aldı, atın ayağı sındı, 1 milyon 600 min manat ayırdı «Eurovision»a, müğənni gedib yer tuta bilmədi. ARDNŞ ad günü keçirir, böyük şar alır, klinika tikdirir. Bu qədər pulu var, bəs iki faiz pulu kim üçün yığır, niyə yığır, hansı büdcə üçün yığır? Bu pullar cibə gedəcəkmi? Bu pullara kim nəzarət edəcək?».

HAMIDAN YIĞIRLAR

Mirvari Qəhrəmanlı deyir ki, işçilərə deyiblər ki, iki faiz onların maaşından hər ay tutulacaq.

46 yaşlı Əziz İmaməliyev də ARDNŞ–də nasos qurğularının maşinisti vəzifəsində işləyir. Deyir ki, may ayının maaşı iki faiz az gəlib, səbəbini isə ona izah etməyiblər:

«Bizə demişdilər ki, Silahlı Qüvvələrə Yardım Fondu üçün yığırlar pulu. Hamıdan yığırlar. Çox adam narazıdır, amma heç kim səsini çıxara bilmir qorxusundan. İşini itirməkdən qorxur camaat».

Əziz İmaməliyev həm də Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin üzvüdür.

ƏGƏR BU RAZILIQ YOXDURSA, ONDA BU, QANUNSUZDUR

Hüquqşünas İradə Cavadova deyir ki, belə maaş tutulması qanunsuzdur:

Mirvari Qəhrəmanlı
«Əməkhaqqından tutulma üçün işçinin öz razılığı olmalıdır, əgər bu razılıq yoxdursa, onda bu, qanunsuz hal sayılır».

ARDNŞ-in mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.

ƏN YAXŞI YOL MƏHKƏMƏ İDDİASI QALDIRMAQDIR

«Turan» agentliyinin məlumatına görə, Neft Qaz İşçilərinin Həmkarlar İttifaqından bildiriblər ki, işçilər bu pulu könüllü ödəyirlər.

Neftçilərin hüquqlarının müdafiəçisi Mirvari Qəhrəmanlı isə deyir ki, ARDNŞ-də işçilərin bir qisminə zorla maaşının iki faizinin verilməsinə razılaşması barədə blanka qol çəkdiriblər.

Hüquqşünas İradə Cavadova deyir ki, belə halda işçiyə öz hüququnu qoruması üçün ən yaxşı yol məhkəmə iddiası qaldırmaqdır.

ARDNŞ-də təqribən 70 min nəfər işləyir, onların orta aylıq əməkhaqqı təqribən 650 manatdır.
XS
SM
MD
LG