Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:16

Qırğızıstanda etnik qarşıdurma


Bölgəyə qoşunlar yeridib və fövqəladə vəziyyət elan edib
Bölgəyə qoşunlar yeridib və fövqəladə vəziyyət elan edib
Qırğızıstanda Oş şəhərində və ətrafındakı yeni toqquşmalarda ölənlərin sayı artıq 26-ya çatıb. Və ağır yaralıların çoxluğu üzündən artmaqda davam edir. Qarşıdurma etnik özbək və qırğız gənci arasında başlayıb və sonradan silahlar da işə düşüb. Nəticədə minə yaxın adam qarşıdurmaya qatılıb, 220 min əhalisi olan şəhərdə evlərin şüşələri sındırılıb, dava-dalaşlar, talanlar olub, maşınlar yandırılıb.

Hadisələr nəticəsində 400-dən çox adam yaralanıb. Qırğızıstanın müvəqqəti hökuməti Oş və ətrafındakı ərazilərdə durumu müzakirə etmək üçün xüsusi iclas keçirib. Bölgəyə qoşunlar yeridib və fövqəladə vəziyyət elan edib.

Müdafiə naziri İsmayıl İsakov və Daxili İşlər naziri Bolot Şərniyazov da cənub regionuna gəliblər.

AzadlıqRadiosunun şəhərdəki müxbiri Alişer Tuksanovun verdiyi məlumata görə, hələ ki, iki gənc arasında mübahisənin hansı zəmində başlaması bəlli deyil.

NƏZARƏT BƏRPA OLUNUB

Televiziyayla canlı yayımlanan müraciətdə Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva əhalini sakitliyə çağırıb:

- Hökumətin gördüyü tədbirlər nəticəsində tərəflər arasında qarşıdurmanı qızışdıran destruktiv qüvvələrin cəhdlərinin qarşısı alınıb. Havaya xəbərdarlıq atəşləri açmaqla zirehli texnika Oş şəhərinə daxil olub və nəzarət bərpa olunub.

AzadlıqRadiosunun şəhərdəki müxbiri Alişer Tuksanovun sözlərinə görə, zorakılıqlardan sonra 220 min əhalisi olan şəhərin küçələrində indi tək-tük adam gözə dəyir:

KÜÇƏLƏRDƏ TƏK-TÜK ADAMLAR VAR

- Bu gün şəhərdə heç nə işləmir, hətta banklar da. Şəhərdə çoxlu əsgərlər və polislər var, həmçinin tanklar və zirehli texnika da. Küçələrdə tək-tük adamlar var. İnsanlar hökumətdən baş verənlərin qarşısını almasını tələb edir. Onlar həyatlarının bir an öncə normal axınına dönməsini istəyir.

AzadlıqRadiosunun müxbiri onu da deyir ki, hökumətin əhalini soyuqqanlı olmağa çağırmasına baxmayaraq, insanlar narahatdırlar. Hətta qırğız və özbəklər arasında yeni qarşıdurmaların başlanacağını gözləyənlər də var.

ƏRAZİDƏ ETNİK MÜNAQİŞƏLƏR ZAMAN-ZAMAN BAŞ VERİR

Bu region və Oş ətrafı ümumiyyətlə etnik özbəklərin çox yaşadığı bölgədir. Ərazidə etnik münaqişələr zaman-zaman baş verir. 1990-cı illərdə burdakı ciddi toqquşmalarda yüzlərlə adam həlak olmuşdu.

İndi müvəqqəti hökumətin bölgəyə ordu yeritməsi də bu üzdəndir. Çünki etnik gərginlikdən əlavə, Oş bölgəsi həm də siyasi cəhətdən gərgin zonadır. Aprel ayında prezident Bakiyevin devrilməsi ilə nəticələnən inqilab da məhz burda başlamışdı. Bakiyevi dəstəkləyən qüvvələr də əsasən elə bu bölgədə, Batken, Oş və Cəlalabad şəhərlərindədir.
XS
SM
MD
LG