Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:53

Seçki Məcəlləsinə dəyişikliklər parlament seçkilərində nə vəd edir?


Azər Qasımov və Etibar Quliyev
Azər Qasımov və Etibar Quliyev
YAP-ın Seçki Məcəlləsinə təklif etdiyi yeni dəyişikliklər qarşıdakı parlament seçkilərində nə vəd edir?

ETİBAR QULİYEV – ANA VƏTƏN PARTİYASININ SƏDR MÜAVİNİ:

«Seçki kampaniyasının müddətinin 15 gün azaldılması, eləcə də namizədlərə dövlətin maddi vəsait ayırmasının dayandırılması barədə YAP-ın təklifləri seçki praktikasının təkmilləşdirilməsi və dünya təcrübəsindən bəhrələnməkdən başqa bir şey deyil. Bu, insanların vaxtına qənaət edilməsinə, eləcə də maddi itkilərin qarşısının alınmasına yönəlik bir addımdır. Bu dəyişikliklər razılaşmayanların dediyi kimi, seçkilərdə demokratiyanın hər hansı formada əngəllənməsinə şərait yaratmır. Keçən seçkilərdə namizədlərə verilən 200 manat əslində əsaslı əhəmiyyətə malik deyildi. Amma məhz həmin o vəsaitə görə seçkiyə qoşulanlar var idi…».

AZƏR QASIMOV - SEÇKİ MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİNİN HÜQUQŞÜNASI:

«Bu dəyişikliklər Seçki Məcəlləsində geriyə atılmış bir addım kimi qiymətləndirilməlidir. İctimaiyyət, siyasi dairələr, eləcə də seçkilərə qatılmaq istəyənlər gözləyirdilər ki, Seçki Məcəlləsində prioritet məsələ olan komissiyaların tərkibinin formalaşdırılması istiqamətində dəyişikliklər ediləcək. İndi isə əsas məsələni kənarda qoyub müddətin azaldılmasını təklif edirlər. Bunu əsaslandırmaq üçün də başqa ölkələrin təcrübəsini misal gətirirlər. Halbuki, seçki kampaniyasının müddəti az olan ölkələrin bir çoxunda təbliğat-təşviqat işi kampaniya ilə eyni gündə başlayır. Məsələn, qonşu Gürcüstanda seçki kampaniyası 60 gündür. Təbliğat-təşviqat müddəti isə 59 gündür. Azərbaycanda isə təbliğat-təşviqat müddətini faktiki olaraq 22 günə endirirlər. Bu müddətə isə Azərbaycan reallığında təbliğat aparmaq mümkün deyil. Düzdür, 200 manat əhəmiyyətli vəsait deyil, amma bu seçkilərdə daha çox pul ayırıb həmin vəsaiti əhəmiyyətli etmək olardı…».

XS
SM
MD
LG