Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:05

«Azərbaycandakı təcrübə demokratik ölkələrdən daha üstündür»


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlamentin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərin seçki prosesinə hər hansı problem yarada biləcəyini istisna edir. O deyir ki, təbliğat müddətinin azaldılması ciddi rola malik deyil:

«Çoxları belə güman edir, amma bu belə deyil. Namizədlərin təbliğat aparmasıyla bağlı problemi olmayacaq. Əvvəl təbliğat müddəti 28 gün idisə, indi 23 günə endirilib. Hesab edirəm ki, 5 gün elə ciddi rol oynamır, hansısa əhəmiyyət kəsb etmir. Demokratik ölkələrdəki anoloji qanunlarla müqayisədə Azərbaycandakı təcrübə müsbət yönümlüdür. Deyərdim ki, daha üstündür. Seçki Məcəlləsinə edilən dəyişikliklər ölkədə hər hansı seçkinin azad, demokratik və ədalətli keçirilməsinə mənfi təsir göstərə bilməz».

Namizədlərə dövlət büdcəsindən vəsait ayrılması məsələsinin Seçki Məcəlləsindən çıxarılmasına gəlincə, Məzahir Pənahov belə bir təcrübənin yalnız Azərbaycanda tətbiq edildiyini, dünyanın heç bir ölkəsində belə ənənənin olmadığını deyib:

«Azərbaycan da dünya standartlarına uyğunlaşmalı idi».

MSK sədri seçki proseslərini həm yerli, həm də beynəlxalq müşahidəçilərin izləməsinə dövlətin daima dəstək verdiyini vurğulayıb. O bildirib ki, adətən, beynəlxalq təşkilatlar seçki kampaniyası elan olunduqdan sonra fəallaşırlar.
XS
SM
MD
LG