Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:55

Bağlanan «açılım»


Əməliyyatlar sıxlaşıb, «F-16»lar, vertolyotlar, ağır texnika - hər şey PKK-yla döyüşə gedir
Əməliyyatlar sıxlaşıb, «F-16»lar, vertolyotlar, ağır texnika - hər şey PKK-yla döyüşə gedir
Türkiyə ordusu yenidən İraqla sərhəd bölgələrində toplanır. Əməliyyatlar sıxlaşıb, «F-16»lar, vertolyotlar, ağır texnika - hər şey PKK-yla döyüşə gedir. Bu da səbəbsiz deyil. Çünki son hücumlarda PKK terrorçuları 16 türk əsgərini öldürüb, üstəlik, İstanbulda avtobusa bomba qoyulması nəticəsində 4 əsgərlə bərabər, kiçik bir əsgər qızı da öldürülüb. Artıq kürd terrorçularının müharibəni şəhərlərə daşıdığı qorxusu da reallaşıb.

«Economist» jurnalı Türkiyədəki «kürd açılımı» adı verilən prosesdə bugünkü vəziyyəti belə təsvir edir.

Türkiyə iqtidarı son hücumlardan sonra təzyiqlə üzləşsə də, AKP kürd azlığına yönələn «açılım siyasətini» davam etdirməkdə israrlıdır.

PKK OYUNU POZMAQ İSTƏYİR

«Economist» yazır ki, əslində türklər gözləniləndən də səbirli çıxdılar. Kürdlərin dilində televiziya açdılar, partiyalarını siyasətə -
Rəcəb Tayyip Ərdoğan Hakkari vilayətində
parlamentə buraxdılar, PKK yaraqlılarının sanki, qalib kimi təmtəraqla İraqdan ölkəyə girməsinə göz yumdular, kürdlərin ana dilində təhsil almasına da şərait yaratmaq fikrindəydilər və s.

Amma kürd yaraqlıları - PKK anlayır ki, bu tədbirlərlə Türkiyədə yaşayan kürdlər arasında populyarlığını itirəcək. Son seçkilərdə kürdlərin yaşadığı Batmanda seçkiləri iqtidar partiyasının nümayəndəsinin udması, PKK-nı dəstəkləyən kürd partiyası - BDP-nin səslərinin azalması onların narahatlığını lap artırıb.

«Economist»in fikrincə, odur ki, PKK oyunu pozmaq istəyir. Onlar ya bu mübarizədə qalib tərəf kimi ancaq özlərinin olmasını istəyir, ya da bu mübarizənin bitməsinə imkan verməyəcəklər. Zorakılıq da bitməyəcək.
XS
SM
MD
LG