Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Eynulla Fətullayev son sözlə iyulun 2-də çıxış edəcək


Eynulla Fətullayev
Eynulla Fətullayev
İyunun 30-da Qaradağ rayon məhkəməsində narkotik maddə saxlamaqda ittiham olunan jurnalist Eynulla Fətullayevin işi üzrə növbəti məhkəmə proses keçirilib.

Dövlət ittihamçısı Elçin Nağıyev cəzasını ciddi rejimli cəzaçəkmə yerində çəkməklə jurnalistin 3 il az adlıqdan məhrum edilməsini tələb edib.

Dövlət ittihamçısı bu tələbini kimyəvi ekspertizanın yekunları ilə əsaslandırıb. O deyib ki, ekspertiza müttəhimin narkotik maddə qəbul etdiyini təsdiqləyib. O, həmçinin ekspertizanın keçirilməsi üçün 70 manat həcmində xərcin Fətullayevin üzərinə qoyulmasını xahiş edib.

Eynulla Fətullayev isə prokurorun çıxışını hakimiyyətin onu həbsdə mümkün qədər çox saxlamaq cəhdi adlandırıb. Vəkil İsaxan Aşuov isə deyib ki, ittiham sifarişli olduğu üçün Eynulla Fətullayevə bəraət verilməlidir.

Eynulla Fetullayev iyulun 2-de son sozle chixish edecek.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamı ilə 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamları ilə onun cəzası 8 il 6 aya çatdırılıb.
Ötən il dekabrın 29-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapıldığı iddia olunurdu. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirirlər.

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG