Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:47

Klinton Bakıda müxalifətlə görüşmədi, Tbilisidə görüşdü


Hillari Klintonun Bakıda gənclərlə görüşü - 4 iyul 2010
Hillari Klintonun Bakıda gənclərlə görüşü - 4 iyul 2010
«Xanım Klinton Bakıda müxalifətçilərlə görüşmədi, ancaq Tbilisidə prezident Saakaşvili ilə görüşdən sonra birbaşa 2 müxalifət lideri ilə görüşə getdi». Bunu Amerikanın «Wall Street Journal» qəzeti yazır.

Dövlət katibinin görüşdüyü həmin iki müxalifət lideri 4 partiyanı birləşdirən «Gürcüstan Naminə Alyans»dan İrakli Alasaniya və Xristian Demokrat Partiyasından Giorgi Targamadze idi.

…ONDA DÖVLƏT KATİBİ İQTİSADİYYATDAN DANIŞMAĞA BAŞLADI


Alazaniya görüşdən sonra deyib ki, Klintonla müzakirənin mərkəzində demokratikləşmə problemi dururdu.

«Wall Street Journal» «Reuters» agentliyinə istinadla yazır: «Əsas neft və qaz istehsalçısı Azərbaycanda avtoritar hakimiyyət hökumətə gülən iki bloqçunu xuliqanlıq ittihamı ilə həbsxanaya salıb. Xanım Klinton Bakıda dedi ki, son 18 ildə Azərbaycanda insan haqları sahəsində böyük inkişaflar olub. Bir yerli reportyor Klintondan xahiş edəndə ki, o inkişaflardan bəzilərinin adını çəksin, onda Dövlət katibi iqtisadiyyatdan danışmağa başladı».

Qəzet yazır ki, Dövlət katibinin Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana beş günlük səfəri ərəfəsində Dövlət Departamentinin rəsmiləri Klintonun diqqətinin iki məsələdə cəmlənəcəyini deyirdilər - demokratiya və ikitərəfli əlaqələr:

«Ancaq Klinton diqqətini ikinci məsələdə cəmlədi, ən azı ictimaiyyət qarşısında».

«GÜRCÜSTAN MANEƏ DEYİL»


Hillari Klinton Gürcüstanın müxalifət liderləri Giorgi Targamadze və İrakli Alasania ilə -Tbilisi 05 iyul 2010
«Waşinqton Post» qəzeti isə yazır:

«Buş Saakaşvili ilə 5 dəfə görüşmüşdü, ancaq Obama Saakaşvili ilə bir dəfə də görüşməyib. May ayında Rusiya ilə nüvə müqaviləsinə görə Obama Konqresə müraciət edəndə hətta demişdi ki, «Gürcüstan maneə deyil».

Klinton Tbilisi səfərində Gürcüstan rəhbərliyini sakitləşdirdi. O Cənubi Osetiya və Abxaziyaya toxunanda bunu Gürcüstana «təcavüz və işğal» adlandırdı».

Qəzet yazır: «Saakaşvili belə görünür, razı qaldı».

Ancaq Klinton Tblisinin bu iki regionu geri qaytarmasının çətinliyini başa düşdüyünü də deyib.

Onun sözlərinə görə, «ən yaxşı yol-bu regionları daha yaxşı siyasi və iqtisadi şəraitlə cəlb etməkdir».

ƏKƏ_SƏDA MOSKVADAN GƏLDİ

«New York Times» qəzeti isə eyni mövzuda Dövlət katibinin xəbərdarlığını da qeyd edir. Klinton Saakaşviliyə deyib ki, iki regionu zor gücünə geri qaytarmağı yadından çıxartsın.

Klintonun Tbilisidə Cənubi Osetiyanın və Abxaziyanın işğalından danışmasının əks-sədası Moskvadan gəlib. Rusiyanın baş naziri Putin mətbuat konfransı keçirəndə bir jurnalist sual verib ki, Rusiya Cənubi Osetiyanın işğalına nə vaxt son qoyacaq?

Putin deyib: «Bəziləri düşünür ki, ora işğal olunub, bəziləri isə hesab edir ki, azad edilib. Bu, iki xalq arasında dialoqun mövzusudur və bu dialoq üçüncü tərəfə baxmadan aparılmalıdır».
XS
SM
MD
LG