Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:01

«Adnanla Eminin həbsi gəncləri silkələdi»


Sənubər Heydərli və Vəfa Cəfərova
Sənubər Heydərli və Vəfa Cəfərova
«Bu ölkədə heç bir gəncə təminat yoxdur». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «10 Dekabr» Gənclər Hərəkatının fəalı Sənubər Heydərli deyib. Verilişdə bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin bir ili müzakirə olunub.

Sənubər Heydərli bildirib ki, bu gözlənilən idi, istənilən alternativ fikir daşıyıcısı susdurulmalı idi. Amma onların Emin Milli və Adnan Hacızadə olacağı isə gözlənilməz oldu:

«Eminlə Adnanın həbsi gözlənilən deyildi. Onları siyasi fəal kimi tanınmırdılar. Onlar ictimai fəaliyyətlə, daha çox maarifləndirmə ilə məşğul idilər. Onların həbsi göstərdi ki, heç bir halda maarifləndirmə ilə məşğulam, ekologiya ilə məşğulam deyib, bunun arxasında dayanıb, buna arxalanmağa dəyməz. Onların həbsi bir daha göstərdi ki, heç bir gəncə təminat yoxdur bu ölkədə. Heç kim təminat vermir ki, hansısa gənc istənilən növ alternativ fikir səsləndirib, həbs olunmayacaq. Təbii ki, bu, mənəvi terrordur».

Gənc fəallardan Vəfa Cəfərova isə deyib ki, kiminsə həbs olunacağını əvvəlcədən bilirdilər:

«Çünki son zamanlar gənc fəallar öz ətrafında çox insanları toplayırdı və ideyalarını hətta regionlarda belə insanlarla paylaşırdılar. Amma Eminlə Adnanın həbsi gözlənilmirdi. Bu, hamımız üçün şok oldu.
Ramin Hacılı
Çünki onların mübarizə metodu tam fərqli idi, onlar maarifçiliklə məşğul idilər, bloqlarını aparırdılar. Virtual aləmdə öz fikirlərini yayırdılar. Meydanlarda onlar yoxuydu. Ona görə məhz Eminlə Adnanın həbsi gənclər arasında şok vəziyyəti yaratdı və müəyyən mənada onların həbsi gəncləri silkələdi. Bir çox bitərəflər belə düşünməyə başladı və artıq bizimlə bir cərgələrə onlar da qoşuldular».

«Dalğa» Gənclər Hərəkatının təmsilçisi Ramin Hacılı isə bloqqerlərin həbsini siyasi qərar adlandırıb:

«Həbsin arxasında siyasi iradə dayanmasaydı, buna görə heç vaxt Azərbaycanın nə birinci şəxsi, nə də digər şəxslər hər hansı bir dövlətin qarşısında öhdəlik götürdükləri problemlərlə bağlı problem yaşamazdılar».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG