Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Prezident Administrasiyasının qarşısında etiraz


Sabirabad və Saatlı rayon sakinləri tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Sabirabad və Saatlı rayon sakinləri tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
İyulun 20-də evləri su altında qalan Saatlı və Sabirabad rayonlarının bir qrup sakini prezident İlham Əliyevə şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasının qarşısına toplaşıblar.

Sabirabadın Qasımbəyli, Yuxarı Axtaçı, Qayaçı, Əsgərbəyli, Camallı və Saatlının Novruzlu və Dəlilər kəndlərinin sakinləri Kür çayının evlərinə və təsərrüfatlarına vurduğu ziyanın əvəzində veriləcək kompensasiyanın məbləğinə etiraz ediblər:

- May ayının 24-də kənddən çıxmışıq, 4 gündən sonra iki ay tamam olur ki, hələ gəlib-gedirik Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, ora-bura. Hələ ki, nəticəsi yoxdur. Su axını davam edir, biz istəyirik ki, bənd bağlansın (red: Sarısu gölündə), su təmizlənsin və ən vacibi isə kompensasiya məsələsidir. Hər bir ailənin hər bir üzvünə 200-300 manat məbləğində kompensasiya veriləcəyi gözlənilir. Bizə isə küllü miqdarda ziyan dəyib. Haradasa maddi, mənəvi ziyanı hesablasaq 100 min manatdan yuxarıdır.

Sakinlərin bildirdiyinə görə, rayon rəhbərliyi ailənin hər üzvünə 200-300 manat məbləğində
kompensasiya ödəniləcəyini bildirib.

Prezident Administrasiyasında sakinləri bu rayonların kuratoru Dəyanət Abdullayev qəbul edib. Görüşdə sakinlərə sabaha kimi gözləməyi məsləhət görüblər. Kənd sakinlərinə bildirilib ki, daşqınla əlaqədar yaradılan yeni komissiyaya su altında qalan kəndlərin bir neçə nümayəndəsi də daxil ediləcək:

- Təzə komissiya yaradılıb, sədri də Kəmaləddin Heydərovdur, biz də dəvət olunmalıyıq. Dəvət olsa görüşəcəyik.

Sabirabad və Saatlı rayon sakinləri tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

May ayında Kür çayında daşqınlar zamanı ölkənin bəzi rayonlarının ərazisində subasma halları olub, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb.
XS
SM
MD
LG