Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:22

«Bütün dövlət başçılarının biznesi, biznes maraqları var»


Nizami Cəfərov
Nizami Cəfərov
«Dünyada bütün dövlət başçılarının biznesi, biznes maraqları var».

Deputat, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, Azərbaycanda imkanlı, güclü maddi vəsaiti olan və həmin vəsaitin xaricdə istinadgahı olan insanlar olmalıdır:

«Bu prezident də ola bilər, başqaları da».

N.Cəfərov deyir ki, Azərbaycanda bütün böyük vəsaitlərin hamısına prezident nəzarət etməlidir:

«Azərbaycanın dövlət başçısı Azərbaycanla bağlı olan bütün qanuni və qeyri-qanuni maliyyə imkanlarına tam nəzarət etməlidir. Dünyada bütün dövlət başçılarının biznesi, biznes maraqları var».

Əliyevlərin Dubay villaları məsələsinə toxunan deputat, «Mən «Vaşinqton post» qəzetinə inanmıram. İnanmamağa hər cür əsasım var» deyir. O bildirir ki, Azərbaycan prezidenti biznesmen deyil və bizneslə məşğul olmur.

Nizami Cəfərovla müsahibədən bəzi sitatlar:

- Biznes yaxşı şeydir, amma mən bacarmıram.

- Mənə elə gəlir ki, bizim elə jurnalistlərimiz var ki, onları pedaqoji qaydada döymək lazımdır.

- Mən Milli Məclisin fəaliyyətinə kifayət qədər müsbət qiymət verərdim.

- Mədəniyyətimiz kifayət qədər yaxşı səviyyədədir.

- Televiziyalarımızda peşəkarlıq çatışmır.

- Azərbaycanda yüksək səviyyədə korrupsiyaya imkan yoxdur.

- Mən ziyalı anlayışını qəbul eləmirəm.

- Heç bir rektor rüşvət tələb edə bilməz.

XS
SM
MD
LG