Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

«Azərbaycan rəhbərliyi səbəblər uydurmağı dayandırmalıdır»


Jurnalistləri Müdafiə Komitəsi bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılma hüququnun təmin edilmədiyindən narahatdır.

Təşkilatın direktor müavini Robert Mahoney bildirib ki, Azərbaycan rəhbərliyi məhbus bloqqeri azadlığa buraxmamaq üçün səbəblər uydurmağı dayandırmalıdır.

Komitə Apelyasiya məhkəməsinin bloqqeri dərhal azadlığa buraxmağa çağırıb.

İyulun 26-da Qaradağ rayon Məhkəməsində Hacızadənin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılıb. Vəkil müvəkkilinin ərizəsini Adnan Hacızadənin cəzasının tən yarısını çəkməsi ilə əsaslandırıb.

Lakin hakim bloqqerin ərizəsini təmin etməyib.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
XS
SM
MD
LG