Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:34

«Hakimiyyət yox deməyə də cürət etmir»


Eldar Namazov
Eldar Namazov
(Heydər Əliyevin idarəetmə üsulu ilə bağlı abzasda düzəliş edilib)

«Yəqin ki hakimiyyət istəyir ki, ziyalı zümrəsi hakimiyyətin istədiklərini desin. Ziyalılar müstəqil çıxış edəndə onda hakimiyyət tərəfindən bir susqunluq yaranır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Eldar Namazov prezident İlham Əliyevin ziyalıların həbsdə olan jurnalistlərin azadlığa çaxması ilə bağlı müraciətinə cavab verməməsini şərh edərkən deyib. Eldar Namazov deyib ki, bu məsələ ilə bağlı cavabsız qalan müraciət tək bu deyil.

«Bu günə kimi jurnalistlərin azad olunması ilə bağlı yüzlərlə müraciətlər olmuşdu. Həm ölkə daxilindən, həm də xaricindən. Həmin müraciətlərin heç birinə cavab verilmədi. Adətən cavab verilməyəndə bu, iki səbəbdən olur. Ya bu məsələni o qədər əhəmiyyətsiz məsələ sayırlar ki, buna cavab verməyə ehtiyac duymurlar. Ya da ki, sadəcə cavab verə bilmirlər. Nə cavab verəcəklərini özləri üçün müəyyənləşdirə bilmirlər».

HAKİMİYYƏT YOX DEMƏYƏ DƏ CÜRƏT ETMİR

Eldar Namazovun qənaətincə, hakimiyyət bu məsələyə cavab verə bilmədiyindən susmağa üstünlük verir.

«Əvvəlcə deyirlər ki, guya məktub onlara çatmayıb. Bu, çox gülməli arqument idi. Ona görə ki, həmin məktub birinci, rəsmi təqdim olunub prezident aparatına, ikinci də bütün qəzetlərdə vergülünə qədər çap olunub. Azərbaycan, rus, xarici dillərdə də çap olunub. Hakimiyyət bixəbərdir bu məktubdan - bunu demək olmaz. Hakimiyyət cavab vermirsə, bu da bir növ etirafdır ki, hakimiyyət rəsmən yox cavabını da verməyə cürət etmir».

HAKİMİYYƏTLƏ İCTİMAİYYƏTİN ƏLAQƏSİ İTİR

Eldar Namazov deyir ki, ictimaiyyətlə hakimiyyət arasında əlaqələr artıq itmək üzrədir.

«Ümumiyyətlə bu hakimiyyətin ziyalılara münasibətində çox ciddi problemlər var. Necə ki, başqa təbəqələrə. Əgər bu hakimiyyət ziyalıların fikirlərinə diqqət yetirsəydi, buna qadir olsaydı, bunu bacarsaydı, yəqin ki, bundan əvvəl bir çox məsələlərlə bağlı yüzlərlə təbəqələr hakimiyyətə müraciət ediblər.
Cəmil Həsənli
Ümumiyyətlə, ictimaiyyətlə hakimiyyət arasında o əlaqələr artıq kəsilib. İctimaiyyətlə dialoq artıq yoxdur. Ziyalılar da bu ictimaiyyətin bir hissəsidir».

ATA VƏ OĞUL ƏLİYEVLƏRİN FƏRQİ:

Eldar Namazov hazırkı hakimiyyətlə Heydər Əliyevin hakimiyyətini də müqayisə edib. O deyib ki, Heydər Əliyevin dövründə belə deyildi. Hazırda bütün məsələlərə bir nəfər cavab verir. O dövrdə də bütün məsələlərə bir nəfər cavab versə də, onun özü hərdənbir ictimaiyyətdən xəbər tuturdu. Eldar Namazov Heydər Əliyevin dövrünü ideal və ya optimal dövr hesab etmir:

"Belə olsaydı, mən istefa verməzdim"

Amma onun sözlərinə görə, 2003-cü ildən sonra vəziyyət ildən-ilə daha da pisləşməyə doğru gedir.

HƏBSDƏN BURAXILMIRLARSA, CAVABIN NƏ OLMASI VACİB DEYİL

Ziyalı, tarixçi alim, deputat Cəmil Həsənli isə deyib ki, artıq hakimiyyət cavab üçün bir şansı əldən verib.

«Mətbuat günü ilə bağlı həbsdə olan jurnalistlərin məsələsi həll olunsaydı, yaxşı olardı. Bu həmin problemi həll etmək üçün bir şans idi. Mənim bildiyimə görə, rəsmi məktublara bir ay ərzində cavab verilməlidir. Qara camaata olduğu kimi. Ziyalı da qara camaata daxildir. Başqa bir imtiyazı var ziyalının? Bunun cavabı bu idi ki, bu gənclər buraxılsınlar. Buraxılma söhbəti olmayandan sonra cavabın olub-olmamağı əhəmiyyətli deyil».

Cəmil Həsənli bu məsələdə mətbuatı da qınayıb:

«Bunu ətrafında yaradılacaq müzakirələr daha çox mətbuatın işi idi. Əgər o olmayıbsa, deməli mətbuat və KİV bunu yaxşı təşkil edə bilməyiblər».

XS
SM
MD
LG