Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

Qırğızıstandakı qırğını kim başlayıbmış?


Oşda yanan ev, 11 iyun 2010
Oşda yanan ev, 11 iyun 2010
AzadlıqRadiosunun müxbiri Ceyms Kirçik bu il iki dəfə Qırğızıstanda olub. İlk dəfə apreldə, Bakiyevin devrilməsindən həmən sonra ölkəyə səfər edib. İkinci səfərindən bu yaxınlarda qayıdıb. Bu səfəri isə Qırğızıstanın cənubundakı qanlı özbək-qırğız toqquşmalarıyla bağlı olub.

Kirçik deyir ki, apreldə hər kəsin diktatorun devrilməsinə sevindiyini görüb, nə qədər ümidlə gələcəyə baxmalarının şahidi olub. Apreldə kənardan gəlib, oradakı əhval-ruhiyyəni görən heç bir kəsin ağlına da gəlməzdi ki, bir-iki ay sonra burda belə qanlı toqquşma ola bilər. Heç bir gərginlik hiss olunmurdu da:

GƏRGİNLİYİ HİSS ETMƏK MÜMKÜNDÜR


«İkinci dəfə orda olanda isə, keçən həftəni nəzərdə tuturam, hər şey fərqli idi. Oşa getdim, iyundakı toqquşmaların olduğu yerlərə. Hadisələrdən artıq 2 ay keçməsinə baxmayaraq, elə indinin özündə də qırğızlar və özbəklər arasında gərginliyi hiss eləmək mümkündür.

Özbəklər doğrudan da azlıqdadırlar, əsasən alverlə məşğul olurlar və şəhərin ucqarlarında, kənar məhəllələrində yaşayırlar. Və ordan çıxmırlar. Qadınlar çox qorxurlar, ağlayırlar, üz-gözlərindən qorxu yağır. Kişilər də qorxur. Çünki ara-sıra təhlükəsizlik qüvvələrinin reydləri və həbslər təhlükəsi də hələ də qalır.

Qırğızlar isə...sanki heç nə olmayıbmış kimi yaşayırlar, küçələrdə gəzişirlər, deyib-gülürlər. Çox aydın bilinir ki, onlar qorxmurlar».

Kirçik deyir ki, ərazidəki özbəklər çox qorxurlar, çünki Özbəkistana qayıtmaq istəmirlər, Kərimov rejiminin hakimiyyəti altında yaşamaq onlara daha qorxulu görünür.
Qadınlar çox qorxurlar, ağlayırlar, üz-gözlərindən qorxu yağır
Başqa yerlərə getməyə də imkanları yoxdur, imkanları olanlar nəyi varsa dəyər-dəyməzinə satıb Rusiyaya qaçmağa çalışır. Çünki özbəkləri qorxudurlar, ürküdürlər və tez-gec burdakı gərginlik partlayacaq. Əgər, beynəlxalq qüvvələr vaxtında qarşısını almasalar.

Ceyms Kirçik iki millət arasındakı gərginlikdən, zorakılığın səviyyəsindən danışanda bəzi tükürpərdici səhnələrdən də söz açır. Məsələn, kəsilmiş başla oynamaq kimi:

KƏSİLMİŞ BAŞLA XOKKEY

«Mən öz gözlərimlə görməmişəm, amma zorakılıqla bağlı çoxlu əhvalatlar eşitdim. Məsələn, geniş yayılan əhvalatlardan biri bu idi ki, bir qadın bizə danışdı, 7 yaşlı əlil bir özbəyin üstünə benzini töküb onu diri-diri yandırıblar.

Ya bir başqası, mənə telefonun kamerasında bir qırğız kişisi görüntülər göstərdi: O iddia edirdi ki, ordakılar özbəklərdir, onlar kəsilmiş başla çöldə xokkey oynayırdılar.

Düzdü deyə bilmərəm ki, o baş kimə məxsus idi, videonu kim, harda çəkmişdi, amma doğrudan da dəhşətli şeylərdir.

Və əgər insanlar bir-birinə bunları edə bilirlərsə, deməli, bu gərginlik yaxınlarda təzədən partlaya bilər, çünki bunlar tez bir vaxtda unudulub
Gərginlik yaxınlarda təzədən partlaya bilər, çünki bunlar tez bir vaxtda unudulub gedən şeylər deyil
gedən şeylər deyil».

ZORAKILIQLARDA MERİN ƏLİ VAR?


Ceyms Kirçik bu toqquşmaların baş vermə ehtimalı üzərində də dayanır. Deyir ki, səfərindən sonra artıq zorakılıqda Oş merinin hansısa şəkildə əlinin olması haqda ittihamlara inanır. Mer Melis Miraxmatovun şəhərdə çox güclü hakimiyyəti var, yerli təhlükəsizlik qüvvələri ona tabedir, üstəlik, onun özünün də silahlı dəstələri var.

Hələ əvvəlki prezident Bakiyevin vaxtından Oş şəhərindəki hakimiyyətini saxlayan Melis Miraxmatovu BMT-nin komissarları, insan haqları fəalları da zorakılıqlara səbəb olan hərəkətləri başlamaqda ittiham edirlər.

Kirçikin sözlərinə görə, Qırğızıstanın yeni prezidenti Roza Otunbayeva hakimiyyəti təhvil alandan sonra bir müddət Oş merinin hakimiyyətiylə barışan kimi görünürdü. Amma bu ölkəyə, xüsusən də cənub regionunun bərpasına 1 milyard dollar beynəlxalq yardım ayrıldığını nəzərə alanda, artıq merlə mərkəzi hökumət arasında qarşıdurma qaçılmaz ola bilər.
XS
SM
MD
LG