Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:55

«Dindarların həbsi məhkəmə sisteminin laxlamasının təzahürüdür»


Eldəniz Quliyev
«Dindarların həbsi məhkəmə sisteminin laxlamasının təzahürüdür».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Ziyalılar Hərəkatının sədri, Dindarların Müdafiə Komitəsinin üzvü Eldəniz Quliyev dindarların həbsinə münasibət bildirərkən deyib. O, bu həbsi məhkəmə sistemində olan boşluğun təzahürü kimi izah edib.

«Bu hadisəni Azərbaycan məhkəmə sisteminin, hakimiyyət bölgüsündə Azərbaycan dövlətinin sütunlarından biri olan məhkəmə sisteminin laxlamasının təzahürü kimi qiymətləndirmək olar. Dindarlar Məhəmməd Peyğəmbərin vəfatı günü əllərində güllər Şəhidlər Xiyabanına gedib, öz borclarını yerinə yetirmək istəyirdilər. Belə bir aksiyada insanları tutmaq, döymək, sonra da həmin məhkəmə qətnaməsi bir daha göstərir ki, Azərbaycanda həmin sütunlardan biri laxlayır. Və laxladıqca digər sütunları laxlatmaq məcburiyyətində qalır.
Hacı İlqar İbrahimoğlu
Digər sütunlar dedikdə mən icraedici və qanunverici orqanı nəzərdə tuturam».

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu isə deyib ki, bu həbsin sifarişli olması barədə onun şübhəsi yoxdur.

«Buna oxşar aksiyalar olur. Aksiyalarda müəyyən qarşıdurmalar da olur. Bir neçə günlük sutka alıb çıxırlar. Burda təəccüblü olan odur ki, bir neçə nəfəri həbs edirlər və hamı gözləsə də ki, bu müvəqqəti bir tədbirdir. Sonradan aydın olur ki, bu cinayət hadisəsinə çevrilir. Hazırda da nəinki bir şərti cəza ilə, ciddi bir illərlə cəzalanması var. Bunun anlaşılmaz tərəfi də məhz bundan ibarətdir. Başa düşülür ki, burda mövzu ilə bağlı bir siyasi sifariş mövcuddur».

XS
SM
MD
LG