Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:52

Rusiya ilə Ermənistanın yeni protokolunun mətni


AzadlıqRadiosunun erməni xidməti Rusiya hərbi bazalarının Ermənistanda qalma müddətinin uzadılması və bu bazadan Ermənistanın təhlükəsizliyinin müdafiəsində istifadə edilməsini nəzərdə tutan protokolun mətnini əldə edib. Həmin protokolun mətninin layihəsini təqdim edirik.

«Rusiya Federasiyasının Ermənistan Respublikasında hərbi bazasına dair 1995-ci il 16 mart tarixli Razılaşmaya əlavəni nəzərdə tutan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında

PROTOKOL N5

Rusiya Federasiyası və Ermənistan Respublikası (bundan sonra Tərəflər) 1995-ci il 16 mart tarixli Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazasına dair Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Razılaşmanın (bundan sonra Razılaşma adlanacaq) 26-cı bəndini rəhbər tutaraq aşağıdakılar barədə razılıq əldə edirlər:

Maddə 1

Razılaşmanın 3-cü maddəsi aşağıdakı redaksiyada oxunur:

Maddə 3

Rusiya hərbi bazası Tərəflər arasında Razılaşmadan irəli gələn tapşırıqları həyata keçirir.
Ermənistan Respublikası ərazisində fəaliyyət göstəridiyi müddətdə Rusiya Federasiyasının maraqlarını müdafiə edən Rusiya hərbi bazası həm də Ermənistan Respublikası Silahlı Qüvvələri ilə birlikdə Ermənistan Respublikasının təhlükəsizliyini təmin edir.

Qarşıya qoyulan məqsədin həyata keçirilməsi üçün Rusiya tərəfi Ermənistan Respublikasını müasir və müvafiq, hərbi (xüsusi) texnika ilə təmin edir.

Rusiya hərbi bazasındakı hərbi qruplardan istifadə edilməsi tərəflər arasında 1992-ci il 15 may tarixli kollektiv təhlükəsizlik haqqında müqavilə, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1997-ci il 29 avqust tarixli Razılaşma, eləcə də müvafiq qanunlar əsasında həyata keçirilir».

Maddə 2

Razılaşmanın 26-cı maddəsi aşağıdakı redaksiyada oxunur:

«Maddə 26

Əgər Tərəflərdən hər hansı biri razılaşmaya son verilməsinə dair digər Tərəfə altı ay əvvəlcədən olmaqla yazılı bildiriş verməyibsə, hazırkı müqavilə doqquz il ərzində həyata keçirilir. Ondan sonra isə avtomatik olaraq qarşıdakı beşilliklər ərzində də üzadılır.

Tərəflərdən hər hansı birinin təşəbbüsü və qarşılıqlı razılaşma əsasında hazırkı müqavilənin şərtlərinə yenidən baxıla bilər»

«Maddə 3

Hazırkı Protokol ratifikasiya üçün təqdim edilir və ratifikasiya edilmiş variantlarının mübadilə edildiyi gündən qüvvəyə minir».
XS
SM
MD
LG